Mobil versiya
Azərbaycan Qırgısıstan münasibətləri qardaşlıq ənənələrinə söykənir.
Tarix: 26-04-2022 | Saat: 10:33
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan Qırgısıstan münasibətləri qardaşlıq ənənələrinə söykənir.

Ölkəmizin apardıgı xarici siyasət, diplomatik əlaqələr Azərbaycanın beynəlxalq aləmdə əlaqələrini daha da genişləndirir, inkişaf etdirir.Postsovet ölkələri arasında Azərbaycan yeganə dövlətdir ki,işgalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə,hətta daha geniş məkan miqyasında bütün sivil ölkələrlə dostluq, qardaşlıq münasibətlərini saxlayır.Ölkəmiz qarşılıqlı əməkdaşlıgı dostluq və bərabər mövqelər prinsipləri üzərində qurur. Buna görə də istənilən müstəqil ölkə Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır. Bu baxımdan Türkdilli dövlıtlərin ölkəmizlə əlaqələrinin daha sıx və qardaşlıq müstəvisində qurması təqdirəlayiq haldır.Ona görə də mübaligəsiz vurgulamaq olar ki, Azərbaycan-Qırğızıstan ikitərəfli əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq münasibətlərinə söykənir, siyasi, ticarət-iqtisadi, humanitar, mədəni və digər sahələrdə uğurla inkişaf edir.

Yüksək səviyyəli görüşlərin dinamikası, beynəlxalq və regional xarakterli bir çox aktual məsələlər üzrə mövqelərin qarşılıqlı dəstəklənməsi Azərbaycan ilə Qırğız Respublikası arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Qırğızıstan və Azərbaycan Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təçkilatı, ECO çərçivəsində həmişə bir-birini dəsdəkləyir.19 aprel 2022-ci il tarixdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın dost və qardaş ölkə ilə olduqca mühüm sənədlər imzalaması bütün bu deyilənlərə bariz nümunədir.

Bir faktı da qeyd etmək lazımdır ki, Ölkəmiz tək ikitərəfli əməkdaşlıqla kifayətlənmir, həmçinin region dövlətləri arasında dostluq münasibətlərinin qurulmasında vasitəçi kimi iştirak edir.Ümumiyyətlə,Türkdilli dövlətlər regionda öz aralarında əməkdaşlıq etməklə bərabər, başqa ölkələrlə də dostluq və qarşılıqlı anlaşma şəraitində münasibətlərini inkişaf etdirirlər.

Türk dövlətləri arasında inteqrasiya proseslərinin sürətlənməsi qeyd etdiyimiz iqtisadi potensialı daha da artırmağa, Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizindən daha səmərəli istifadəyə imkan verir.Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən və türkdilli ölkələr arasındakı siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafına yönəldilmiş layihələrin əhəmiyyətini xüsusilə qeyd edə bilərik. Cənab İlham Əliyevin türkdilli dövlətlər arasındakı münasibətlərin inkişafına olan dəstəyi və TÜRKPA, eyni zamanda, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qərargahlarının Bakıda yerləşməsi qeyd olunan diqqət və qayğının bariz nümunəsidir. Təqdir olunan faktdır ki, iki ölkə arasındakı qarşılıqlı münasibətlər və baglanan sazişlər dövlətlərimizin iqtisadi potensialının güclənməsi ilə yanaşı, xalqlarımız arasında qardaşlıq münasibətlərinin dərinləşməsinə təkan verəcək.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024