Mobil versiya
Azərbaycanla Qırğızıstan arasındakı qardaşlıq və dostluq əlaqələri daha da möhkəmlənəcək
Tarix: 25-04-2022 | Saat: 12:26
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanla Qırğızıstan arasındakı qardaşlıq və dostluq əlaqələri daha da möhkəmlənəcək

Azərbaycanın dinamik iqtisadi inkişafı xüsusəndə 44 günlük müharibədən sonrakı və post pandemiya dövründə ki mövqeyi durmadan artmaqdadır. Keçən bu zaman kəsiyində çətinliklərə baxmayaraq bu ağır sınaqlardan da ölkəmiz üzüağ çıxdı. Eləcə də ölkə Başçısı cənab İlham Əliyevin həyata keçirtdiyi daxili və xarici siyasət düşünülmüş uzaq görən qərarları Azərbaycanın iqtisadi və siyasi durumunun dahada möhkəmlənməsi fonunda bütün dünya dövlətlərinin Azərbaycana marağını dahada artırır. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəridə belə dövlətlərarası münasibətlərin inkişafının bariz nümunələrindəndir. Qırğız Respublikasının Prezidentinin səfəri çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Bu o deməkdir ki, strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Qarşılıqlı əməkdaşlığın səmərəliliyini artıran digər amil isə Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunmasıdır.

Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır. Dövlət başçılarının görüşü zamanı gələn il Qırgız Respublikası ilə diplomatik münasibətlər qurulmasının 30 illiyinin qeyd ediləcəyəni bildirən Azərbaycan Prezidenti İlham Əliyev bunu tarixi hadisə adlandırdı. Ölkəmizin başçısı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdıgını qeyd edərək, belə bir hadisənin əlamətdardarlığını xatırladaraq, ötən 29 il ərzində iki dövlət arasında münasibətlərin ilk dəfə bu səviyyəyə yüksəldiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev, eyni zamanda, strateji tərəfdaşlıgın böyük üstünlüklər verəcəyini və beynəlxalq qurumlarda iki ölkənin bir-birinin maraqlarını müdafiə edəcəyini önə çəkib.

Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Aparılan danışıq və imzalanan bütün sənədlər, xüsusən də ən əsas sənəd olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə göstərir ki, Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələyə qalxacaq, ölkələr arasındakı qardaşlıq və dostluq əlaqələri daha da möhkəmlənəcək.

Pənah İmanov
Politoloq




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024