Mobil versiya
Novruzəli Aslanov: “Zəfər qurultayı qalib sərkərdəsi olan müzəffər xalqın qurultayıdır”
Tarix: 23-04-2022 | Saat: 13:41
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Zəfər qurultayı qalib sərkərdəsi olan müzəffər xalqın qurultayıdır”

Bu gün tək Azərbaycanın yox, bütün Türk dünyasının mədəniyyət beşiyi sayılan qədim Şuşada Dünya Azərbaycanlılarının V qurultayı öz işinə başladı. Qurultayın açılışında Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev geniş nitq söylədi. Cənab Prezident ötən dövrə tarixi ekskurs edərək ilk dəfə 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən I qurultayda onun uzaqgörənliklə dediyi “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır” fikrinin bu gün reallığa çevrildiyini qeyd etdi. Cənab Prezident bu qurultayı “Zəfər Qurultayı” adlandıraraq Azərbaycan xalqının mübarizə əzminin nəticəsi olaraq qurultayın azad Şuşada, təbiətin də sevindiyi, üzlərin güldüyü ortamda keçirilməsini xüsusi vurğuladı.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləmişdir.

Millət vəkili bildirib ki, bu gün bütün Azərbaycanlıların qəlbi qürur və fərəh hissi ilə döyünür. Bu gün bu xalqın qalib sərkərdəsi tarixə ekskurs etməklə bərabər, gələcək fəaliyyətin perspektivlərini elan etdi. Tarixi qələbəmizdən danışan Cənab Prezident qeyd etdi ki, “Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, biz hər birimiz hər gün bu müqəddəs günü yaxınlaşdırmalıyıq, öz əməyimizlə, işimizlə, hərə öz yerində və torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi. Məhz buna görə ordu quruculuğu sürətlə aparılmışdır, buna görə Azərbaycan müasir orduya malik olmuşdur, buna görə gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olunurdu, buna görə iqtisadi islahatlar aparılmışdır. Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq və bu günü görmək amalı dururdu. Biz buna öz gücümüzlə nail olduq. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq, Azərbaycan xalqı işğalla barışmaq fikrində deyildi.”

Millət vəkili daha sonra bildirmişdir ki, “cənab Prezidentin qurultaydakı tarixi çıxışında xaricdəki diaspor təşkilatlarının 44 günlük Vətən müharibəsi dövründə fəaliyyətini yüksək qiymətləndirmiş, qeyd etmişdir ki, “siz və sizin kimi xaricdə yaşayan milyonlarla azərbaycanlı hərə öz ölkəsində həm müharibənin gedişatını yaxından izləyirdiniz, eyni zamanda, öz çıxışlarınızda, öz şərhlərinizdə, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırırdınız. Buna bu gün də ehtiyac var. Bu gün də ehtiyac var, çünki müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb.”

Millət vəkili qeyd etmişdir ki, “cənab Prezident Azərbaycan xalqının mübarizə əzminin, qələbəyə inamının bu müharibədə qələbənin qazanılmasındakı rolunu yüksək qiymətləndiriərək ermənilərin istehkamlarının bu əzm qarşısında tab gətirmədiyini qeyd etmişdir:

“Biz faşizmi məhv etdik. Biz Cənubi Qafqazı faşizmdən xilas etdik. Ancaq hələ də faşizmin təzahürləri baş qaldırır, hələ də Ermənistanda bəzi dairələr və dünya erməniliyi, xarici ölkələrdə yaşayan ermənilər bizi hədələməyə çalışırlar. Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Biz gücümüzü artırmışıq. İlyarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü. Bu işlərin bir hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə bilməz. Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər”

Cənab Prezident nitqində Zəngəzurun, eləcə də digər tarixi Azərbaycan torpaqlarının vaxtilə erməni havadarlarının əli ilə Ermənistana verilməsi faktını qabardaraq bir daha mesaj verdi ki, biz nə vaxtsa tarixi ədalətsizliyə son qoyacaq və əzəli torpaqlarımıza, dədə-baba yurdalrımıza qayıdacağıq. Necə ki Qarabağa, Şuşaya qayıtmışıq. Yaxşı olar ki ermənilər və onları himayə edənlər bunu düşünsünlər və “dəmir yumruğun” hələ də keçərli olduğunu bilsinlər.

Prezidentin nitqinin ikinci hissəsində diaspor təşkilatlarının koordinasiyası, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və xaricdə yaşayan azərbaycanlıların ana dilinə münasibətindən geniş söhbət açılmış, bu sahədə dövlətin fəaliyyətinin istiqamətləri haqqında fikirlər səsləndirilmişdir. Dövlət başçısı diaspor nümayəndələrinə ikinci, üçüncü nəsil azərbaycanlıların Ana dilini bilməsi, sevməsi, tariximizi öyrənməsi sahəsində fəaliyyətlərini gücləndirməyi tövsiyə etmişdir”.

Son olaraq millət vəkili qeyd etmişdir ki, “cənab Prezident xaricdə yaşayan soydaşlarımıza bundan sonra bütün tədbirlərdə qürurla, fəxrlə iştirak edə biləcəklərini bildirmiş, Azərbaycanın haqq işi uğrunda hər bir vətəndaşın, soydaşın mübarizəsinə uğur arzulamışdır. İnsan bir vətəndaş kimi qürur duyur ki, onun qəlbi Vətən məhəbbəti ilə döyünən, əzmi və qətiyyəti ilə çoxlarını heyran qoymağı bacaran, uzaqgörən və siyasi gedişləri ilə hadisələri qabaqlayan rəhbəri, Ali Baş Komandanı var. Nitqini “Yaşasın Şuşa! Yaşasın Qarabağ! Hamımız birlikdə: Qarabağ Azərbaycandır!” şüarı iə bitirən ölkə başçısı vədinə sadiqliyini və mübariozənin davamlı olacağını və haqq davamızın qalib gələcəyi mesajını vermişdir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024