Mobil versiya
Qalib xalqın nümayəndələri İlham Əliyevin ətrafında Şuşada birləşdi
Tarix: 23-04-2022 | Saat: 10:02
Bölmə:Gündəm | çapa göndər

Qalib xalqın nümayəndələri İlham Əliyevin ətrafında Şuşada birləşdi

Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı işə başladı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Qurultayda çıxış etdi. Dünya azərbaycanlılarının öncəki qurultaylarında və digər çıxışlarında Prezident İlham Əliyev Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını bildirib. Bu çıxışında da Müzəffər Ali Baş Komandan tarixi Zəfərə aparan yolu və onun nəticəsini qələbə simvolumuz olan Şuşadan xalqa və qurultay iştirakçılarına çatdırdı.

Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.

V qurultay isə Azərbaycanın mədəniyyət paytaxtı, Azərbaycanın qazandığı tarixi zəfərin simvolu sayılan Şuşada keçirilir. Bu da təsadüfi deyil. Prezident İlham Əliyevin gösətirişi ilə Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı məhz Şuşada keçirilir. Aprelin 23-də başa çatacaq Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qurultayda geniş nitq söylədi və bundan sonra Qurultay işini "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi" və "Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri" mövzusunda panel iclasları ilə davam etdirib.

Dünya Azərbaycanılarının Şuşada keçirilən Zəfər Qurultayında diaspor təşkilatlarımız qarşısında ciddi tapşırıqlar qoyuldu. Prezident İlham Əliyev Qurultayda öz nitqində bir çox məsələlərə toxundu və dünya azərbaycanlıları üçün postmünaqişə dövrünə uyğun yol xəritəsi cızdı.

Zəfər Qurultayı ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Afət Həsənova açıqlamasında bildirib ki, 44 günlük müharibədə tarixi Zəfərdən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsinin çox böyük tarixi əhəmiyyəti və rəmzi mənası var. Bu gün dünya azərbaycanlıları qalib xalqın nümayəndələri kimi qürurla azad Şuşamızda toplaşır. Bu eyni zamanda Azərbaycan dövlətinin gücünün və dünya azərbaycanlılarının möhkəm həmrəyliyinin təzahürüdür.

Deputat əlavə edib ki, Azərbaycan xalqı üçün böyük mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhəri 30 il müddət ərzində erməni işğalı altında qalıb. "Əlbəttə Şuşa şəhərinin və digər ərazilərimizin erməni işğalında olması xalqımız üçün çətin dövr olub, xalqımız hər zaman o ərazilərə geri dönəcəyinə inamla yaşayıb. Artıq bu gün vəziyyət tamam başqadır, ümid və inamla yaşayan xalqımız artıq qalıb xalq kimi o əraziləri ziyarət etməyin sevincini yaşayır.

44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 30 illik işğala son qoymaqla ərazi bütövlüyümüzü bərpa etdi, insanlarımızın 30 illik həsrəti, intizarı sona çatdı. Bu gün azad Şuşamız qürurla beynəlxalq tədbirlərə ev sahibliyi edir, mədəniyyət paytaxtımız Şuşa şəhərində bu tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılıb", - deyə A.Həsənova əlavə edib.

Deputat qeyd edib ki, Dünya Azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsi eyni zamanda bütün dünyada yaşayan soydaşlarımızda böyük inam və ruh yüksəkliyi yaradıb. "Dünyanın dörd dərəfindən soydaşlarımız böyük həvəslə mədəniyyət paytaxtımıza üz tutublar.

Onların budəfəki qurultaya qalib xalqın nümayəndələri kimi doğma Şuşamızda qatılması onların gələcək fəaliyyətinə böyük stimul verəcək, diaspora fəaliyyətinin möhkəmləndirilməsinə böyük töhfə olacaq. Hesab edirəm ki, bu qurultay diaspor üzvlərinin fəaliyyətinin səfərbər olmasında çox böyük rolu oynayacaq", - deyə deputat bildirib.

Postmüharibə dövrünün reallığı göstərir ki, Azərbaycan bu çətin sınaqdan da şərəflə çıxdı və bütün dünya regionda yaranmış yeni reallığı qəbul etdi.

Postmüharibə dövründə Prezident İlham Əliyev diplomatiyasının ən parlaq nəticələrindən biri də məhz aparıcı beynəlxalq təşkilatların Azərbaycanın regionda yaratdığı reallıqları qəbul etməsidir. Avropa İttifaqı hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak edir, BMT Şuşada beynəlxalq tədbir keçirdi, qonşu ölkələr postmünaqişə reallıqlarını qəbul ediblər və 3+3 formatda əməkdaşlıq formatı yaranıb. Dünyanın aparıcı ölkələrinin rəhbərlərinin açıqlamaları və məsələ münasibətləri onu göstərir ki, onlar yeni geosiyasi reallığı qəbul edir.

Müharibə bitdikdən sonra Prezident İlham Əliyev müxtəlif tribunalardan Ermənistana sülh çağırışları edib. Bu dəfə Şuşada da bu məsələ xüsusi vurğulandı. Ermənistan artıq 5 baza prinsip şərtini qəbul etdiyini bəyan edib. Ermənistan rəhbərliyi rəsmən etiraf etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024