"Azərbaycan diasporu Prezident İlham Əliyevlə fəxr edir"
Tarix: 22-04-2022 | Saat: 18:06
Bölmə:Ölkə | çapa göndər

Biz Prezident İlham Əliyevin yürütdüyü siyasəti və onun bütün addımlarını tam dəstəkləyirik.
Bunu Azərbaycanın Almaniyadakı diasporunun nümayəndəsi Yusif Təhməzov Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində deyib.
"Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, xaricdə yaşayan azərbaycanlılar digər dövlətlərin siyasi fəaliyyətinə təsir edə biləcək qüvvədir. Biz Prezident İlham Əliyevlə fəxr edirik", - Y.Təhməzov bildirib.
O qeyd edib ki, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycan xalqı, xüsusilə, gənclər üçün vacib olan yüksək səviyyəli tədbirdir.
"Xaricdə yaşayan gənclərimiz beynəlmiləlçilik, Vətənə sevgi ruhunda tərbiyə olunmalıdır. Buna görə, bu cür tədbirlər böyük əhəmiyyət daşıyır", - deyə o bildirib.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər