Ana Sayfa > Ölkə > "Azərbaycan diasporu Prezident İlham Əliyevlə fəxr edir"
"Azərbaycan diasporu Prezident İlham Əliyevlə fəxr edir"22-04-2022, 18:06. Yazar: admen |
![]() Biz Prezident İlham Əliyevin yürütdüyü siyasəti və onun bütün addımlarını tam dəstəkləyirik. Bunu Azərbaycanın Almaniyadakı diasporunun nümayəndəsi Yusif Təhməzov Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində deyib. "Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, xaricdə yaşayan azərbaycanlılar digər dövlətlərin siyasi fəaliyyətinə təsir edə biləcək qüvvədir. Biz Prezident İlham Əliyevlə fəxr edirik", - Y.Təhməzov bildirib. O qeyd edib ki, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycan xalqı, xüsusilə, gənclər üçün vacib olan yüksək səviyyəli tədbirdir. "Xaricdə yaşayan gənclərimiz beynəlmiləlçilik, Vətənə sevgi ruhunda tərbiyə olunmalıdır. Buna görə, bu cür tədbirlər böyük əhəmiyyət daşıyır", - deyə o bildirib. AİA.Az Geri dön |