Mobil versiya
Prezident: Ermənistan qabağımızda diz çökdü, başını əydi
Tarix: 22-04-2022 | Saat: 14:36
Bölmə:Gündəm | çapa göndər

Prezident: Ermənistan qabağımızda diz çökdü, başını əydi

AİA.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib:

"Faktiki olaraq Minsk qrupu ondan sonra, hətta görüntü naminə hər hansı bir fəaliyyət göstərə bilmədi. Ancaq Ermənistan rəhbərliyi daha uzağa getdi. Ondan sonra bizə qarşı açıq təhdidlər dilə gətirildi. Yeni torpaqlar uğrunda yeni müharibə ilə bizi hədələdilər. Amma yenə də beynəlxalq ictimaiyyət buna susdu. Bu, açıq təhdiddir. Özü də işğalçı dövlət tərəfindən işğala məruz qalan dövlətə qarşı növbəti təhdiddir. Yəni, bizi növbəti işğalla hədələyirdilər. Ancaq nə BMT, nə ATƏT, nə başqa təşkilatlar, nə Minsk qrupu heç bir açıqlama verməmişdi. Əlbəttə ki, işğalçı bundan ruhlanaraq daha da azğınlaşmışdı və faktiki olaraq Ermənistan tərəfindən onilliklər ərzində uydurduğu mifologiyaya inanmağa başlamışdı. Biz bu mifologiyanı darmadağın etdik, cəmi 44 gün ərzində düşməni torpağımızdan qovduq, Ermənistan bizim qabağımızda diz çökdü, başını əydi, kapitulyasiya aktına imza atmağa məcbur oldu, imdad dilədi və bu gün də həmin vəziyyətdədir. Bu gün də yer qalmayıb qapısını döyməsin ki, amandır Azərbaycan bizi hədələyir, Azərbaycan bizi burada boğmaq istəyir. Biz öz vəzifəmizi icra etmişik. Bizim başqa dövlətlərin torpağında gözümüz yoxdur, heç vaxt olmayıb. Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024