Mobil versiya
IFC və Dünya Bankı Azərbaycanda özəl sektorun inkişafı ilə bağlı araşdırma aparır
Tarix: 22-04-2022 | Saat: 11:51
Bölmə:İqtisadiyyat | çapa göndər

IFC və Dünya Bankı Azərbaycanda özəl sektorun inkişafı ilə bağlı araşdırma aparır

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Dünya Bankı ilə birgə Azərbaycanda özəl sektorun diaqnostikası üzərində işləyir. Diaqnostika özəl sektorun inkişafına xidmət edəcək siyasətin müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanı əhatə edir.

Bunu Trend-ə özəl müsahibəsində IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte deyib.

Onun sözlərinə görə, araşdırmada məhdudiyyətlər, o cümlədən rəqabət və investisiya mühiti ilə bağlı məhdudiyyətlər, eləcə də özəl sektorun artım imkanları dəyərləndiriləcək.

"Dörd sektor diqqət mərkəzində olacaq: rəqəmsal infrastruktur, sosial logistika, bağçılıq və rəqəmsal maliyyə xidmətləri. Bu araşdırmalar Dünya Bankı Qrupunun Azərbaycanla yeni Çərçivə tərəfdaşlıq proqramı və IFC-nin ölkələr üzrə strategiyası üçün təməl olacaq. Bütün bunlar bazarların yaranmasına və özəl sektorun potensialının açılmasına xidmət edəcək",

Qeyd edək ki, Azərbaycan 1995-ci ildə IFC-nin üzvüdür.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024