Ana Sayfa > İqtisadiyyat > IFC və Dünya Bankı Azərbaycanda özəl sektorun inkişafı ilə bağlı araşdırma aparır
IFC və Dünya Bankı Azərbaycanda özəl sektorun inkişafı ilə bağlı araşdırma aparır22-04-2022, 11:51. Yazar: admen |
Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Dünya Bankı ilə birgə Azərbaycanda özəl sektorun diaqnostikası üzərində işləyir. Diaqnostika özəl sektorun inkişafına xidmət edəcək siyasətin müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanı əhatə edir. Bunu Trend-ə özəl müsahibəsində IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte deyib. Onun sözlərinə görə, araşdırmada məhdudiyyətlər, o cümlədən rəqabət və investisiya mühiti ilə bağlı məhdudiyyətlər, eləcə də özəl sektorun artım imkanları dəyərləndiriləcək. "Dörd sektor diqqət mərkəzində olacaq: rəqəmsal infrastruktur, sosial logistika, bağçılıq və rəqəmsal maliyyə xidmətləri. Bu araşdırmalar Dünya Bankı Qrupunun Azərbaycanla yeni Çərçivə tərəfdaşlıq proqramı və IFC-nin ölkələr üzrə strategiyası üçün təməl olacaq. Bütün bunlar bazarların yaranmasına və özəl sektorun potensialının açılmasına xidmət edəcək", Qeyd edək ki, Azərbaycan 1995-ci ildə IFC-nin üzvüdür. AİA.Az Geri dön |