Mobil versiya
Heydər Əliyev və Azərbaycan dil
Tarix: 22-04-2022 | Saat: 11:22
Bölmə:Seçki 2024 | çapa göndər

Heydər Əliyev və Azərbaycan dil
 
Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə 2001-ci il avqustun 1-dən Azərbaycanda bütün media və kütləvi nəşrlərin latın qrafikalı əlifbaya keçməsi rəsmiləşdirilib. 4 iyul 2004-cü ildə Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiqi haqqında sərəncam verən Heydər Əliyev həmin il avqustun 9-da imzaladığı fərmanla “Azərbaycan Dili və Əlifbası Günü”nü təsis edib və hər il avqustun 1-də bu gün qeyd edilir. Dövlət dilinin tətbiqinin genişləndirilməsi sahəsində hüquqi baza təkmilləşdirilib və geniş praktik addımlar atılıb. Belə ki, “Dövlət Dili haqqında” Azərbaycan Pespublikasının Qanunu (30 sentyabr 2002-ci il), “Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” (2 yanvar 2003-cü il), “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” (12 yanvar 2004-cü il ), “ Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi barədə” (12 yanvar 2004-cü il), “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” ( 23 may 2012-ci il), “ Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun maddi –texniki bazasının gücləndirilməsi haqqında” ( 29 may 2012-ci il), “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq olunması barədə” ( 9 aprel 2013) Prezident fərman və sərəncamları imzalanmışdır.
 
Heydər Əliyev Dövlət dilimizin adı ilə məsələyə nə qədər həssaslıqla yanaşmasını onun çıxışından bu sitat da təsdiq edir: “1995-ci il oktyabrın 31-də Elmlər Akademiyasında bütün ziyalıların nümayəndələri bu məsələni müzakirə etdilər. 25-dən çox adam çıxış etdi. Mən bununla qane olmadım. Noyabrın 2-də Konstitusiya Komissiyasının iclasını tamamilə buna həsr etdim. Biz beş saata qədər müzakirə apardıq. O müzakirədən sonra bəlkə də qərar qəbul etmək olardı. Görürsünüz ki, mən bu gün Konstitusiya komissiyasının və işçi qrupunun üzvlərinin burada iştirakı ilə müzakirəni yenə də davam etdirirəm”.
 
H. Əliyevin Azərbaycan dilinin Konstitusiyamızda əks olunması barədə fikri də maraqlıdır: “Heç kəs deyə bilməz ki, XII əsrdə kim nə deyibsə, o bu gün bizim üçün ehkamdır. Heç kəs deyə bilməz ki, XV əsrdə kim nə deyibsə, o da bizim üçün ehkamdır. Bunu nəzərə almaq lazımdır və bunu unutmaq lazım deyil. Bu gün biz dövlət dilimiz haqqında məsələni müzakirə edərkən heç bir konyukturaya yol verməməliyik. Hansısa bir qərarı qəbul edəcəyiksə, - bu, kimin xoşuna gələcək, ya gəlməyəcək, - bu bizi narahat etməməlidir. Biz onu həqiqət əsasında qəbul etməliyik və kimdənsə üzrxahlıq da etməməliyik: Bağışlayın, biz sizinlə qardaşıq, amma biz dilimizi belə etmək istəyirik. Mən bununla da razı deyiləm”.
 
O deyirdi ki, Azərbaycanda, İranda, Türkiyənin şərq hissəsində yaşayan və eyni dilə mənsub olan insanlar əsrlərlə yadelli şahlıqların, sultanların, xəlifələrin, dövlətlərin əlinə keçdiyi vaxtlarda da dilini itirməyib, yaşadıb, böyük şəxsiyyətlər yetirib və keçmişdə də, elə XX əsrdə də biz danışdığımız dildə danışıblar, ona görə öz əcdadlarımıza daim minnətdar olmalıyıq. Dilimizin dövlət dili statusu alması yalnız 1978-ci ildə qəbul edilmiş Konstitusiyada təsbit olunubdur. O, deyirdi: “Məhz bu dövrdə biz Nizami Gəncəvini qaldırıb dünyaya tanıda bilmişik. Məhəmməd Füzulini də, Nəsimini də, Mirzə Fətəli Axundovu da, Sabiri də, Seyid Əzim Şirvanini də, Abbasqulu Ağa Bakıxanovu da tanıtmışıq və bütün bunların hamısını o dövrdə etmişik. Bu şəxsiyyətlər keçən əsrlərdə, dövrlərdə məgər dünyada bu qədər məşhur olublarmı? Yox, heç vaxt. Bu, bizim dövrümüzün bəhrəsidir və bunların hamısı da Azərbaycan adı ilə, dili ilə bağlı olubdur”.
 
 
Real tarixi gerçəkliyi, sadə həqiqəti də göstərir, deyirdi ki, bütün dünya bizi azərbaycanlı kimi tanıyır və dilimizin adı da Azərbaycan dilidir. Belə olan halda, dilimizin adını dəyişməklə biz dünya ictimaiyyətini çaşdıra bilərik və birdən-birə dünyanı bu istiqamətdə maarifləndirmək heç cür mümkün ola bilməzdi: “Bizim ərazimizdə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş hüdudlar çərçivəsində Azərbaycan Respublikasında yaşayanlar azərbaycanlılardır...Biz öz dilimizi gedib heç bir başqa dilə nə qarışdırmalıyıq, nə də ona yapışdırmalı, qoşmalıyıq. Bizim özümüzün dilimiz var. Bu dil də bizim dilimizdir. Mən bunu demişəm, yenə də deyirəm, - türk dilləri qrupuna məxsus olan digər dillər, ola bilər, həsəd apara bilərlər ki, bizim dilimiz nə qədər zəngindir”.
 
Televiziyalarımızda bu gün baş alıb gedən yad ləhcələrə, qatmaqarışıq ifadələrə, harmoniyasız, ahəngsiz danışıqlara yol verən aparıcılar, sənətçilər təəssüflər olsun ki, böyük şəxsiyyətin uzaqgörənliklə dediyi bu sözləri unudurlar, təmiz dilimizin ahəngini, ritmini tez-tez pozur, yad sözlərlə çirkləndirir, ekran, efir dinləyiclərinin zövqünü korlayırlar.
 
H.Əliyevin bu müdrik kəlamı gənclərimiz üçün dərin tərbiyə, bilik məxəzidir: “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb. Bu reallıqdır. Günü-gündən, aybaay inkişaf etmiş reallıqdır”. 
 
Bilik Fondu dövlət dilimizin öyrənilməsi, işlədilməsini təbliğ edir
 
Ana dilinə daim xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Ulu öndər Heydər Əliyevin  2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmandan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ““Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 9 aprel 2013-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi, dövlətimizin dil siyasətinin təbliği sahəsində maarifləndirmə işlərinin aparılması Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun faəliyyətində əsas istiqamətlərdən bir olmuşdur.
 
Fəaliyyətinin üçüncü ilinə qədəm qoymuş Bilik Fondunun “Azərbaycan dilini öyrənirik” layihəsi məhz bu məqsədə xidmət edir.
 
Rus Pravoslav kilsəsində, udilərin dünyada yığcam halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsində, Qusar rayonunda ləzgilərin yaşadığı Hil kəndində, Oğuz, Qax, İsmayıllı, Şəmkir və Astara rayonlarında, eləcə də Bakı şəhərinin Nardaran qəsəbəsində Fondun dəstəyi ilə fəaliyyət göstərən Bilik evlərində dövlət dilimizin öyrənilməsi, tətbiqi və təbliğinə xüsusi diqqətlə yanaşılır. Bu məkanlarda yerli əhali, xüsusilə də müxtəlif millətləri təmsil edən etnik qrupların nümayəndələri üçün həm milli birliyin, multikulturalizm ideyalarının, həm də xalğımızın zəngin milli-mənəvi dəyərlərini özündə əks etdirən dilimizin təbliği istiqamətində elmi və mədəni-kütləvi tədbirlər keçirilir, Azərbaycan dili üzrə təlimlər təşkil olunur. Rus Pravoslav və Alban-Udi kilsələrində, “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyində Azərbaycan dili üzrə təşkil edilmiş təlimləri artıq 100-dən çox dinləyici uğurla başa vurmuşdur. Bu dil kurslarında iştirak etmək istəyənlərin sayı isə durmadan artır.
 
Respublikamızın müxtəlif regionlarında “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Kitabi-Dədə Qorqud” dili keçmişdə, bu gün və sabah” mövzularında silsilə mühazirələr, “dəyirmi masa” və elmi-praktik konfranslar keçirilmiş, Bilik Fondunun mühazirəçiləri olan tanınmış dilçilər, xarici ölkə alimləri maraqlı mühazirələrlə çıxış etmişlər. Akademik Kamal Abdullayevin AMEA İqtisadiyyat İnstitutunun kollektivi və texniki universitetlərin tələbələri qarşısında “Dilçi olmayanlar üçün Ana dili dərsləri”, AMEA-nın İnstitut direktorları Möhsün Nağısoylu və Muxtar İmanovun, tanınmış media nümayəndələrinin Azərbaycan dili ilə bağlı bölgələrin gəncləri və ziyalıları üçün keçirdikləri mühazirələr böyük maraqla qarşılanmışdır. Bilik Fondunda Dilçi lektorlar qrupu yaradılmışdır.
 
Bilik Fondu xalqımızın qədim tarixə və zəngin ənənələrə malik olan, mədəniyyətimizi və ədəbiyyatımızı yaşadan doğma dilimizin təbliği, qorunması və dəyərli bir sərvət olaraq gələcək nəsillərə ötürülməsi kimi şərəfli missiyanı davam etdirməkdədir.
 
Ulu Öndər Heydər Əliyev demişdir:  “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur. Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.
Mənim ana dilim! Bu o dildir ki, analarımız bizə beşik başında həyatın ən həzin simfoniyası olan laylanı bu dildə demişdir. Bu o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Vurğunun Vətən sevgisi, Üzeyirin musiqi  dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur.
Ana dili bizim müqəddəs sərvətimizdir. Ana dili ömrümüzə məna verən, onu gözəlləşdirən əxlaq dərsliyidir. Ana dili adicə bir ifadə deyil, ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Ana dili bizim kökümüz, milli mədəniyyətimiz, milli dəyərimizdir.
İnsan hələ körpə ikən dilin vasitəsilə ana laylasındakı doğmalığı duyur, hiss edir, eşitdiyi nağıllardakı hər sözün, hər ifadənin necə səsləndiyini  öyrənməyə cəhd edir.
Mənim ana dilim Azərbaycan dilidir. Bu dil məni dünyaya gətirən anamın dilidir, üzərində boy atıb böyüdüyüm Vətənimin dilidir, Azərbaycan Respublikasının dövlət dilidir. Dil xalqın ən böyük mənəvi sərvətidir. Bu elə bir sərvətdir ki, xalqın hər bir fərdi onun vasitəsilə özünüifadə imkanı əldə edir. Dil milli kimliyin sənədsiz təsdiq formasıdır.
Ümummilli Lider Heydər Əliyev gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəminində mənimsəməsini tövsiyə etmişdi: “Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaq”.
Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində  Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən zaman-zaman istifadə olunacaq.
Azərbaycan dili bizim varlığımızdır. Onun saflığını və müqəddəsliyini qorumaq, yad təsirlərdən mühafizə etmək bizim borcumuzdur. Mən də Azərbaycan ölkəsində yaşayıb Azərbaycan dilində danışdığıma görə fəxr edir və yazımı bir şeir bəndi ilə bitirmək istəyirəm:

Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon Təşkilatının sədri
AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024