Mobil versiya
Ukraynada əsir düşən azərbaycanlı tələbə VƏTƏNƏ QAYITDI
Tarix: 21-04-2022 | Saat: 09:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukraynada əsir düşən azərbaycanlı tələbə

Ukraynada Rusiya hərbçilərinin əsirliyindən azad olunan azərbaycanlı tələbə Hüseyn Abdullayev vətənə qayıdıb.

Bu barədə “Report”un Muğan bürosuna tələbənin atası Amin Abdullayev məlumat verib.

Belə ki, H. Abdullayev əvvəlcə Polşaya, oradan isə Macarıstan vasitəsilə Bakıya gəlib.

Xatırladaq ki, Neftçala rayon sakini olan H.Abdullayev Ukraynada ali təhsil alırdı. O, ötən ay sığınacaqdan çıxaraq avtomobillə Mariupol şəhərini tərk etmək istəyərkən Rusiya hərbçiləri tərəfindən əsir götürülmüşdü. Bir həftə öncə isə Rusiya hərbçilərinin əsirliyindən azad olunan tələbə Azərbaycan diaspor nümayəndələrinə təhvil verilmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024