Mobil versiya
Maqsud Mahmudovun keçmiş həyat yoldaşı məhkəmədə ifadə verib - Şahid
Tarix: 18-04-2022 | Saat: 15:52
Bölmə:Gündəm | çapa göndər

Maqsud Mahmudovun keçmiş həyat yoldaşı məhkəmədə ifadə verib -

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

aia.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Səhər Abbasova bildirib ki, ibtidai istintaqa verdiyi ifadəni təstiq edir: "Sumqayıtda Kas Veqas restoranını Maqsud almışdı. Sonradan satdı. Ələsgər Ələkbərov küçəsindəki evdə mən yaşamışam. Sonra mən başqa evə köçdüm, Maqsud o evi də satdı. Daha sonra Parlament prospektindəki evdə yaşamışam. Oradan da başqa ünvana köçdüm və Maqsud həmin evi də satdı. Maqsud xaricə köçəndən sonra borc sahibləri gəldi, evdəki əşyaları onlara verdim".

Maqsudun keçmiş həyat yoldaşı Səhər Abbasova qeyd edib ki, Ukraynaya getməzdən 2-3 il əvvəl Maqsud müflis olmuşdu.

"Artıq onun yeni əmlak almağa imkanı yox idi. Badamdarda 2 yerdə hər biri 12 sot olmaqla torpaq sahəsi almışdıq. Maqsud onu mənim adıma almışdı. Maqsudun geyinmədiyi kurtkalar, ayaqqabıları var idi. Onu sürücü Emin aparıb İlhama verdi. İlham sənəd imzaladı, qol çəkdi ki, Maqsudun ona borcu yoxdur. Amma mən Maqsuddan boşanandan sonra həmin sənədi cırıb atdım", - o bildirib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var.(trend)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024