Mobil versiya
İşğaldan azad edilmiş ərazilərdə aqrar sektorun inkişafı prioritet məsələlərdəndir
Tarix: 18-04-2022 | Saat: 11:14
Bölmə:Siyasət | çapa göndər

İşğaldan azad edilmiş ərazilərdə aqrar sektorun inkişafı prioritet məsələlərdəndir


Məlum olduğu kimi, 30 ilə yaxın bir dövrdə erməni işğalı altında olan ərazilərimizin Vətən müharibəsindən sonra azad edilməsindən sonra Qarabağda quruculuq işləri sürətlə davam edir. Builki dövlət büdcəsindən ərazilərin bərpası və yenidən qurulması, doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti kifayət qədər vəsait ayrılması da bu qətiyyətin nəticəsidir. Cənab İlham Əliyevin tapşırığına əsasən, Qarabağda məskunlaşacaq insan¬lara elə şərait yaradılacaq ki, işləyərək öz ailə büdcələrini təmin edə bilsinlər, yəni, daha dövlət dəstəyinə möhtac qalmasınlar.

Onlar üçün elə torpaq sahələri ayrılacaq ki, oranı rahat əkib-becərsinlər və yaxşı gəlir götürsünlər.
Yeri gəlmişkən, pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq, son illərdə də kənd təsərrüfatı üzrə inkişaf dinamikası artıb, işğaldan azad edilən ərazilər hesabına növbəti illərdə bu sahənin əkin balansının təqribən 10 faiz artırılması nəzərdə tutulur. Heyvandarlıq sahəsində də müsbət dinamika var və böyük inam var ki, azad olunan ərazilərdə təsərrüfatların yaradılması ilə bir-iki il ərazində daha da artacaq.

Qeyd edək ki, hazırda işğaldan azad edilmiş torpaq¬larda aqrar sahənin inkişafı ilə bağlı mü¬hüm tədbirlər görülür. Kənd Təsərrüfatı Na¬zirliyi “Azərkosmos” ASC ilə birlikdə azad olunmuş ərazilərdə faktiki əkinaltı torpaqla¬rın peyk təsvirləri əsasında xəritələşməsini aparıb. Həmin torpaqlarda əkinlərə, o cümlədən çoxillik əkmələrə aqrotexniki qulluq göstərilməsi məqsədilə işlərə baş¬lanılıb. Əlbəttə, ən ümdə vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə torpaqdan səmərəli istifadəyə nail olmaqdır.

Prezident İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafının sistemli xarak¬ter alması üçün hökumət bəri başdan prioritetlər seçir. Öncə ərzaq təhlükəsizliyi məqsədilə hansı məhsulların əkilməli olduğu dəqiqləşdirilir. Bildiyimiz kimi, işğaldan əvvəlki dövrdə Qarabağ ərazisi yüksək kənd təsərrüfatı göstəricilərinə malik olub. Ölkədə taxıl, pambıq, üzüm, ət və süd, yun və barama istehsalının çox hissəsi həmin ərazilərin payına düşüb. Belə ki, azad edilmiş torpaqların həm bitkiçilik, həm də heyvandarlıq sahəsində çox böyük potensialı var. Nəzərə almalıyıq ki, indi bizim yeni texnologiyalarımız var, deməli, bu sahənin uğur tendensiyası daha da arta bilər.

Eyni zamanda, azad edilmiş tor¬paqlarda ixrac potensialı artırılmalı və şaxələndirilməlidir. Azad olunmuş torpaq¬larda xüsusilə bağçılıq çox ciddi inkişaf edə bilər. Çünki meyvə məhsulları istənilən bazarda qəbul olunur. Ənənəvi bazar iqlimi də buna imkan verir. Tərəvəzçiliyin, üzüm¬çülüyün də böyük potensialı var. Dövlət başçımızın bildirdiyi kimi, ölkəmizdə pa¬yızlıq və yaz əkin mövsümlərinə hazırlıqla bağlı kifayət qədər imkan var ki, azad edil¬miş torpaqlardan məhz builki mövsümdə bol məhsul götürülsün.

Onu da qeyd edək ki, “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, işğaldan azad edilmiş ərazilər üzrə Strateji Fəaliyyət Planı hazırlanır. Eyni zamanda Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə publik hüquqi şəxs kimi təsis edilmiş “Qarabağ Dirçəliş Fondu” işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və la¬yiqli həyatın təmin edilməsini dəstəkləmək məqsədinə xidmət edir. Müzəffər Ordumu¬zun böyük qələbəsi sayəsində azadlığına qovuşan ərazilərimizdə yaz əkini kampaniyası ərəfəsində bölgələrimizin minalardan və partlamamış mərmilərdən təmizlənməsi, onların əvəzinə torpağa toxum əkilməsi, dən səpilməsi bu sahəyə könül verənlərin başlıca qayğısıdır. Şübhə yoxdur ki, halal zəhmət sayəsində kənd təsərrüfatı məhsullarımızın istehsalı xeyli artacaq. Ərazilərin bərpası prosesinə xarici inves¬torların və beynəlxalq donor qurumlarının cəlb olunması da diqqətdə saxlanılacaq.

Vətənpərvərlik amalına, azərbaycançılıq ideyasına ürəkdən bağlı olan və sidq-ürəklə xidmət göstərmək istəyən heç bir kəs Qarabağın bərpası adlı savab işdən kənarda qalmaq istəmir. Əsas üstün cəhət budur ki, qarabağlı soydaşları¬mızın çox böyük əksəriyyəti, eləcə də kənd təsərrüfatına sərmayə qoymaq istəyən iş adamları tezliklə orada əkin-biçinə rəvac vermək əzmindədirlər. Əvvəlcə həmin torpaqların orada yaşayacaq insanlara istifadəyə verilməsi məsələsi ilə bağlı dəqiq mexanizmlər müəyyənləşəcək. Daha sonra işğaldan azad edilən ərazilərdə məskunlaşma prosesi ilə yanaşı, torpaq¬ların istifadəyə verilməsinə uyğun olaraq əhalinin lazımi texnika ilə təminatı həyata keçiriləcək.

Xüsusi olaraq qeyd edək ki, dövlətin bu sahəyə diqqəti sayəsində indi regionun aqrar sahədə əvvəlki şöhrətinə qaytarılması üçün konseptual hazırlıq işləri görülür. Məskunlaşma prosesi başlanandan sonra kənd təsərrüfatı ilə məşğul olacaq sakinlərin aqrar texnika, toxum, gübrə və digər lazımi vasitələrlə təmin edilməsinə dair planlar hazırlanır.

Beləliklə, qeyd edilənlərdən belə bir nəticə çıxarmaq olar ki, işğaldan azad edilmiş ərazilərdə aqrar sektorun inkişafı prioritet məsələlərdəndir. Məqsəd odur ki, torpağın səngər yaraları sağalmalı, onun qoynundan gül ətri, çörək ətri gəlməlidir. Bu gün biz həmin məramla üzümüzü Qarabağa tutmuşuq. Otuz ilə qədər bir dövrdə erməni işğalı altında olmuş, nəhayət, ötən ilin payızında Azərbaycan Ordumuzun 44 günlük zəfər yürüşü nəticəsində azad edilmiş Qarabağ ərazilərini dirçəltməyə başlamışıq. Burada digər sahələrlə bərabər, kənd təsərrüfatının da üfüqləri genişlənəcək.

Mahir Hacıyev,
YAP Göygöl rayon təşkilatı üzrə Heyvandarlıq
Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatının sədri
aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024