Mobil versiya
Əhliman Əmiraslanov şəhid ailələri və qazilərlə növbəti görüş keçirib - FOTOLAR
Tarix: 16-04-2022 | Saat: 11:47
Bölmə:Seçki 2024 | çapa göndər

Əhliman Əmiraslanov şəhid ailələri və qazilərlə növbəti görüş keçirib


Milli Məclisin Səhiyyə Komitəsinin sədri, YAP Veteranlar Şurasının üzvü Akademik Əhliman Əmiraslanov 15 aprel 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının qərargahında şəhid ailələri və qazilərlə növbəti görüş keçirtmişdir.

aia.az xəbər verir ki, görüş iştirakçıları çoxsaylı ağır xəstələrinin cərrahi əməliyyatlarının təşkil edilməsi və şəxsən özünün icra etməsinə, insanların müayinə və müalicəsinin təşkilinə göstərdiyi xidmətlərinə görə Akademik Ə.Əmiraslanova minnətdar olduqlarını bildirdilər. Əhliman Əmiraslanov şəhid ailələrini, qaziləri narahat edən problemlərin daim diqqət mərkəzində saxlanıldığını qeyd etdi və bildirdi ki, bu istiqamətdə işlər ardıcıl olaraq ölkə rəhbərliyi tərəfindən aparılacaqdır.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında hər zaman dövlətin dəstəyini və qayğısını hiss etdiklərini ifadə edən şəhid ailələri və qazilər bu kimi görüşlərin məhz onlara göstərilən diqqətin bariz nümunəsi olduğunu bildirdilər, ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə şəfa versin!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024