Mobil versiya
Azərbaycan öz imkanları hesabına inkişafını təmin edir
Tarix: 15-04-2022 | Saat: 17:19
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan öz imkanları hesabına inkişafını təmin edir

Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 12-də cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə ölkəmizdə siyasi, sosial-iqtisadi sahələrdə dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən tədbirlər barədə ətraflı danışıldı. Xalqımız dövlətimizin başçısının Vətən müharibəsindən ötən müddətdə respublikada reallaşdırılan inqilabi xarakter daşıyan genişhəcmli layihələr barədə çıxışını maraqla izləndi.

Müşavirədə cənab Prezident qeyd etdi ki, Qarabağın işğaldan azad olunmasına Azərbaycan siyasətində hər zaman prioritet istiqamət kimi yanaşılıb. Təəssüf ki, münaqişənin həllinə məsul ATƏT-in Minsk qrupuna böyük ümidlər bağlansa da, gözləntilər özünü doğrultmadı. Bütün bunlara baxmayaraq, münaqişə hərbi yolla heç bir dəstək, yardım olmadan aradan qaldırıldı, xalqımız tarixi ədaləti bərpa etdi və Minsk qrupunun uzun bir müddətdə reallaşdıra bilmədiyi ədaləti Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günə gerçəkləşdirdi. Bununla Azərbaycan güclü dövlət, böyük xalq olduğunu bütün dünyaya göstərdi, müharibədən sonra isə Cənubi Qafqazda və eləcə də, qlobal arenada yeni reallıqların əsasını qoydu.

Qeyd etmək yerinə düşər ki, möhtəşəm Zəfərimizdən sonra dünya Azərbaycana çox böyük maraq göstərir. Ölkəmizdə biznes əlaqələri yaratmaq istəyi ifadə olunan müraciətlər getdikcə artır. Bu, eyni zamanda, dünyada Azərbaycanın nüfuz göstəricisinin bariz nümunəsidir. Hazırda iqtisadiyyatımız sürətlə inkişaf edir, dayanıqlılıq təmin olunur, əlverişli biznes mühiti, sağlam rəqabət və sabitlik ölkəmizə göstərilən marağı şərtləndirir.
Müşavirədə keçmiş məcburi köçkünləri əzəli torpaqlarına qaytarmaq üçün kompleks tədbirlər görüldüyünü vurğulayan Prezident İlham Əliyev bildirdi ki, otuz il düşmən tapdağı altında qalan, yerlə-yeksan olunan şəhər və kəndlərimiz artıq bir ildən çoxdur ki, bərpa edilir, bu ərazilərdə infrastruktur yenidən qurulur, dəmiryolu xətləri, magistrallar çəkilir. Zəngilan və Laçında aeroportların tikintisi sürətlə həyata keçirilir, Füzuli Beynəlxalq Hava Limanını uğurla fəaliyyət göstərir. Bu limanların geniş perspektivlərə yol açmaqla yanaşı, inkişafa, tərəqqiyə mühüm töhfələr verəcəyi də şübhəsizdir.

Qeyd edək ki, dövlətimizin başçısı müşavirədə Ermənistanın işğal dövründə törətdiyi vandal hərəkətlər barədə danışarkən, düşmənin ekoloji terroru nəticəsində Qarabağ və Şərqi Zəngəzurun təbiətinə ciddi ziyan vurulduğunu da diqqətə çatdırdı və hazırda bu istiqamətdə mühüm layihələrin həyata keçirildiyini bildirdi. Dövlətimizin başçısı nitqində düşmənin Bərgüşad, Lev, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay və Oxçuçay kimi çaylarımızı da vəhşicəsinə istismar etdiyini, Oxçuçayı fəlakətli həddə çatdırdığını vurğuladı. Eyni zamanda, çaylarımıza qənim kəsilənlərin, qızıl və digər yataqlarımızı qanunsuz istismar edən şirkətlərin cəzasız qalmayacağına əminliyini də bildirdi.

Bəli, müharibədən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə ermənilərin ekologiyaya vurduqları ziyan aradan qaldırılmasına start verilib. Topxanada , Zəngilanda ekoloji müxtəlifliyin qorunması məqsədilə xeyli sayda ağac əkilib. Cəbrayıl, Qubadlı, Füzuli, Laçın, Kəlbəcər, Ağdam rayonları və Şuşada da ümumilikdə 40 mindən çox eldar şamı, göyrüş, qarağac, dağdağan və digər müxtəlif cinsli tinglər basdırılıb.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz imkanları hesabına inkişafını təmin edir. Respublikamız dövlətimizin başçısının liderliyi ilə yüksəliş mərhələsində reallıqlarını diktə etməklə tarixinin ən qüdrətli dövrünə qədəm qoyub.

Anar Quliyev,
YAP Göygöl rayon təşkilatı üzrə Sarısu kənd ərazi partiya təşkilatının sədr müavini
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024