Hicran Hüseynova: Hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir
Tarix: 14-04-2022 | Saat: 19:03
Bölmə:Gündəm | çapa göndər
Beynəlxalq aləmdəki mövcud vəziyyət, sosial, iqtisadi və siyasi əlaqələrin getdikcə artan mürəkkəbliyi, proseslərin durmadan dinamik sürəti XXI əsrdə dünya birliyinin yeni inkişaf mərhələsinə keçdiyini göstərir. Yeni cəmiyyət də yeni texnologiyalar və modelləri nəzərdə tutur. Bütün bu proseslərdə danılmaz bir amil var, bu da milli siyasi lider faktorudur. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsdir. Bu mənada Azərbaycan öz Lideri ilə fəxr edir və bunun üçün bütün əsaslar var.
Hələ 2003-cü ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına müraciət edərək, özünün siyasi varisi İlham Əliyevə dəstək göstərməyə çağırış etdi. Ulu Öndər onun şəxsi keyfiyyətlərini xarakterizə edərək bildirmişdir ki, o, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Azərbaycan xalqı, bu müraciətə adekvat olaraq İlham Əliyevi Prezident seçməklə həm Heydər Əliyevin siyasi kursa sadiqliyini, həm də ona olan sevgisini və inamını bir daha sübut etdi.
Bunu açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova söyləyib.
Onun sözlərinə görə Prezident İlham Əliyevin bütün rəhbərliyi dövründə və xüsusilə son 4 ildə aparılan sosial, kadr, struktur islahatları hər bir vətəndaşın rifahına, ölkəmizin daha da güclənməsinə, sistemli idarə olunmasına xidmət etmişdir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımız üçün, hər bir ailə üçün yeni imkanlar yaradılmışdır. Məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün çox mühüm işlər görülüb. Prezident İlham Əliyev dəfələrlə qeyd edir ki, bizim siyasətin mərkəzində vətəndaş dayanır. Hər zaman vətəndaşın yanında olan dövlətimizin başçısı, özü vətəndaşlarla görüşə can atır, onlarla canlı ünsiyyət qurur, dinləyir. 2003-2018-ci illərdə ümumi daxili məhsulun 3,2 dəfə artdığı ölkəmizdə əhalinin nominal gəlirləri 8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, əməkhaqları təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. 2018-ci ildən sonrakı köklü sosial islahatlar bu istiqamətdə inqilabi irəliləyişlərə nail olunması ilə nəticələnib. Hələ 2019-cu ildə sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə daha çox artıb. 2020-ci və 2021-ci illərdə də sosial ödənişlərdə növbəti artımlar (indeksasiya, təqaüd artımları) edildi. Pandemiyanın məşğulluğa və rifaha mənfi təsirlərinin qarşısının alınması üçün genişmiqyaslı dəstək proqramları icra olundu. 2022-ci ilin əvvəlindən isə 3,4 milyon şəxsi əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlər artırıldı və bunun üçün də illik əlavə 2,1 milyard manat ayrıldı. Beləliklə, yalnız son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 40 faizə yaxın, median əməkhaqqı 74 faiz artıb. Minimum pensiyada 2,2 dəfə, orta pensiyada 65 faiz artım, müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə, bəzi istiqamətlərdə 3 dəfədən çox artım baş verib. Ümumilikdə, 2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamlarla ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paket icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manatdır.
“Həmin artımlar üçün dövlət büdcəsindən illik əlavə vəsait olaraq 3 milyard manat ayrılıb. 2020-ci və 2021-ci illərdə də sosial islahatlar davam edib, COVID-19 pandemiyasının məşğulluğa və rifaha mənfi təsirlərinin qarşısının alınması məqsədilə ünvanlı dəstək proqramları icra olunub. Postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin təqaüdləri orta hesabla 60 faiz artırılıb, yeni təqaüd növləri təsis olunub. Prezident İlham Əliyev dəfələrlə deyib ki, heç bir vətəndaş diqqətdən, qayğıdan kənarda qalmamalıdır, hər kəsin hüquqları qorunmalıdır. Bu sahədə aparılan dövlət siyasətini insanlar da müsbət qarşılayırlar. Məmur vətəndaş münasibətlərində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi bu siyasətin ən bariz nümunəsidir. ASAN xidmət brendindən sonra DOST Konsepsiyası da növbəti bir uğurlu layihə kimi vətəndaşları məmnun edir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin (156 növdə xidmət) “bir pəncərə”dən, innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Təsadüfi deyil ki, bu gün DOST konsepsiyası beynəlxalq səviyyədə də böyük maraq kəsb edərək yüksək dəyərləndirilir və Azərbaycanın DOST təcrübəsini öyrənməyə maraq göstərən ölkələrin sayı artır. DOST Agentliyinin bu günlərdə Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanması da DOST konsepsiyasının müasir dünyanın innovasiyalar sahəsində mühüm nailiyyətləri sırasında olduğunu göstərir. DOST bu gün Avropa Sosial Şəbəkəsi Şurasının Avropa İttifaqı üzvü olmayan yeganə dövlət qurumu, eyni zamanda, şəbəkənin tədbir və müzakirələrinin fəal iştirakçısı olan yeganə MDB təmsilçisidir. Bu da DOST-a Avropada olan böyük marağı və onun uğurlu islahat təcrübəsi kimi qəbul olunduğunu ehtiva edir. Hazırda 5 DOST mərkəzi fəaliyyət göstərir və ötən dövrdə 800 mindən çox vətəndaş DOST xidmətlərindən faydalanıb. Bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi isə 98 faiz üzərindədir. “Könüllü DOST proqramı” isə Azərbaycanda könüllük hərəkatının genişlənməsində önəmli rol oynayır və Avropa Sosial Şəbəkəsinin qeyd edilən müsabiqəsində də DOST Könüllülərinin fəaliyyətinə dair “Dəyərləri birləşdir – bərabərliyə nail ol” adlı ərizəsi "Möhtəşəm Heyət" kateqoriyasında Avropa müsabiqəsinin finalçısı olub”, - deyən Hicran Hüseynova onu da bildirib ki, DOST Agentliyi 4 istiqamət üzrə “ISO” sertifikatlarına layiq görülüb.
Vacib məsələlərdən birinin də ölkədə siyasi konfiqurasiyanın təmin edilməsi olduğunu vurğulayan komitə sədri deyib: “Mütəmadi olaraq faktiki fəaliyyətdə olan 51 partiya ilə görüş keçirilir. Bütün bunlar siyasi islahatların daha da dərinləşməsinə, ölkəmizin daha da inkişaf etməsinə, dövlətimizin daha da güclənməsinə səbəb olacaqdır. Eyni zamanda, Yeni Azərbaycan Partiyası da zamanın tələblərinə, dövrün çağırışlarına, eləcə də ölkədə gedən proseslərə adekvat olaraq islahatlar həyata keçirir.
Ötən 18 ildə Prezident İlham Əliyev cəmiyyətin inteqrasiyasına nail oldu, sosial, siyasi, dini, milli müxtəliflikdən birlik yarada bildi. Ölkə Prezidentinin xalqımız qarşısındakı misilsiz xidmətlərindən biri də hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlərdir. Onun siyasəti nəticəsində Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.
Dövlətimizin başçısı İlham Əliyevin ən böyük liderlik keyfiyyətlərindən biri əsas milli dəyərləri təcəssüm etdirmək, xalqımızda inam və nikbinlik aşılamaq bacarığıdır. Onun yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Prezident İlham Əliyevin gənclərin potensialının artırılmasına, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir”.
Deputat qeyd edib ki, mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Bunlar hamısı nə üçündür? Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün ölkəmizə yönələn təhlükələri dərk edir və bunun məsuliyyətini anlayır.
Azərbaycan Prezidenti dövlət quruculuğu məsələlərində beynəlxalq tendensiyaları nəzərdə saxlayaraq, ölkənin müasir inkişaf strategiyasını yaratmaqla onu qlobal təhlükələrdən qoruya bildi. Dövlətimizin başçısı islamofob dairələrin və antiazərbaycan mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Bu plana qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mədəni-mənəvi və ailə dəyərlərini önə çəkdi. Dünyaya “Bakı Prosesi” layihəsini təqdim etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin öz xalqına verdiyi bütün vədləri yerinə yetirdiyini diqqətə çatdıran H.Hüseynova əlavə edib: “Şəxsi yetkinliyi, xarakter bütövlüyü, ictimai və siyasi cəsarəti, təşəbbüskarlığı, həssaslığı ilə həm xalqımızın, həm də beynəlxalq ictimaiyyətin hörmətini qazanıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir”.
Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev “Vaqif Poeziya Günləri”nin rəsmi açılışında çıxış edən zaman 18 illik prezidentlik dövrünün ən əsas qayəsini bildirdi. Bu ədalətin bərqərar olması idi: “İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də, o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır”. Sözün əsl mənasında, mübarizə aparan ölkə Prezidenti bütün sahələri inkişaf etdirməklə, dünyada Azərbaycanın nüfuzunu artırmaqla, ordu quruculuğunu gücləndirməklə, nəhəng neft-qaz, enerji layihələrini reallaşdırmaqla, vətənpərvər gənc nəsli yetişdirməklə ədalətin bərpasına nail oldu.
“Prezident İlham Əliyevin şah əsəri - Qarabağın və Şərqi Zəngəzurun erməni faşizminin işğalından azad edilməsidir. Özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi ulu öndər Heydər Əliyev əmin idi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək. Bu gün şəhidlərimizin, Ümummilli Liderimizin ruhları şaddır. Ötən müddət ərzində hər bir atılan addım, keçirilən görüş, reallaşan layihələr Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Heç bir təzyiqə, təhriklərə məhəl qoymadı, bir an belə geri çəkilmədi. Bu əsl liderlik nümunəsidir. Azərbaycan Prezidenti inkişaf və məqsədə çatmaq üçün ən mühüm tərəfləri birləşdirməyi, bütün sahələrdə konsolidasiya yaratmağı bacardı və xalq da ona böyük ümid və inam bəslədi, vahid ideya uğrunda öz rəhbərinin ətrafında sıx birləşdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, mərd xalq kimi tanıtdı. Xalqımızın özünə inamını qaytardı, ona yenidən ruh verdi. Qələbədən keçən müddət ərzində erməni vandalları tərəfindən darmadağın olan, sərvətləri talan edilən şəhər və kəndlərimiz yenidən dirçəlir, canlanır. Çox tezliklə öz yurd-yuvalarından didərgin düşən soydaşlarımız evlərinə qayıdacaqlar. Böyük Qayıdış strategiyasının sürətlə həyata keçirilməsi bunun bariz nümunəsidir”, - deyə deputat bildirib.
O diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Məhz Prezident İlham Əliyevin praqmatikliyi, uzaqgörənliyi, müdrikliyi nəticəsində bu gün ölkəmiz dünyada bir sıra mühüm layihələrin reallaşmasında mühüm rol oynayır. Mühüm məsələlərdən biri də informasiya müstəvisində Azərbaycan reallığını nümayiş etdirmək idi.
“İstər Vətən müharibəsi, istərsə də müharibədən sonra həm yerli, həm də xarici KİV-ə verdiyi müsahibələr, etdiyi çıxışlar bütün dünyada Azərbaycana olan münasibəti pozitiv mənada dəyişdi. Biz bunu formatlarda görürük. Xüsusilə də Ermənistanla münasibətlərin nizamlanmasında Azərbaycanın mövqeyi daha da güclənir. Azərbaycan Prezidenti tərəfindən təklif edilən 5 bənddən ibarət təklifin qəbul edilməsi buna əyani misaldır. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Hələ də davam edən pandemiya dövründə Prezident İlham Əliyev tək öz xalqının qayğısına qalmır, eyni zamanda, bir çox qlobal təşəbbüslər göstərir. O, həm də dünyada vaksin millətçiliyinə qarşı ilk dəfə beynəlxalq arenada çıxış edən ölkə başçısı kimi də tarixə düşdü.
Hər bir vətəndaş istəyir ki, təhlükəsiz və rifah həyat yaşasın, arzuları gerçək olsun, cəmiyyətdə özünə layiqli yer tutsun və ən əsası gələcəyindən arxayın olsun. Xalqı qarşısında verdiyi andı yerinə yetirməklə ölkə Prezidenti bir daha bu inamı doğrultdu, insanları sevindirdi. Bu gün hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir, onu dəstəkləyir və ölkənin gələcək inkişafına inanır”, - deyə H.Hüseynova vurğulayıb.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-02-2025
31-01-2025