Mobil versiya
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatında hesabat - seçki yığıncağı keçirilib - FOTOLAR
Tarix: 13-04-2022 | Saat: 15:04
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatında  hesabat - seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq 2022-ci il aprel ayının 13-də YAP Qazax rayon təşkilatının “Qazax Sement Zavod” ərazi partiya təşkilatında hesabat - seçki yığıncağı keçirilib.

AİA.Az xəbər verir ki, əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqda ərazi partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib.

Çıxış edənlər ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
“Qazax Sement Zavod” ərazi partiya təşkilatında təşkilati məsələlərə də baxılıb.
“Qazax Sement Zavod” ərazi partiya təşkilatında Nizami Zeynalov sədr, Elvin Əmiraslanov sədr müavini seçiliblər.

Yığıncaqda iştirak edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək yeni seçilən sədri və müavini təbrik edərək gələcək fəaliyyətində uğurlar arzulayıb. Geniş və ətraflı şəkildə çıxış edən rayon təşkilatının sədri bildirib ki, partiyamızın tarixi VII Qurultayında möhtərəm prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələri hər birimiz layiqincə yerinə yetirməliyik. Anar Nəbiyev partiyanın Nizamnamə və Proqramına edilən dəyişikliklərdən, ölkəmizin və regionun alternativsiz partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi çevik, dinamik islahatlardan, yeni qəbul olunan Əsasnamələrdən, üzvlük haqlarının məbləği və ödənilməsi Qaydası barədə ətraflı danışıb, müvafiq tapşırıq və tövsiyələrini verib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024