Mobil versiya
Bakıda polis bölməsindəki ölüm faktı ilə bağlı RƏSMİ AÇIQLAMA
Tarix: 13-05-2016 | Saat: 13:13
Bölmə:Cəmiyyət | çapa göndər




Daxili İşlər Nazirliyi Bakıda polis bölməsində baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, mayın 12-də Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Əli Rüstəmzadə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək mayın 11-də qəsəbə ərazisində Zaur adlı şəxsin bir neçə nəfərlə birgə onu, həmyerliləri Afəddin Hüseynovu və qardaşı Elməddini xuliqanlıq zəminində döyməsini bildirib. Araşdırma ilə əlaqədar 1-ci Polis Bölməsinə dəvət olunan qəsəbə sakini Zaur Sultanov Polis Bölməsinin həyətindəki oturacaqda infarktdan ölüb.

Mərhumun dayısı Əlihüseyn Zeynalov izahatında Z.Sultanovun ürək xəstəliyindən əziyyət çəkməsini bildirib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, mərhumun yaxınları polis bölməsində Zaura işgəncə verildiyini iddia edirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024