Mobil versiya
2 №-li Regional Sukanal İdarəsində "sular belə bulanır"- PREZİDENTƏ MÜRACİƏT
Tarix: 11-04-2022 | Saat: 12:33
Bölmə:Seçki 2024 | çapa göndər

2 №-li Regional Sukanal İdarəsində "sular belə bulanır"-

Yenixeber.org: Redaksiyamıza Ucar şəhəri H.Əliyev küçəsi ev 136 ünvanda yaşayan Şirinov Raqif Ayaz oğlunun müraciəti daxil olub. Media vasitəsi ilə dövlət başçısına ünvanlanan müraciətdə "Azərsu" ASC-nin 2 №-li Regional Sukanal İdarəsində baş verən qanunazidd əməllərdən, idarənin müdiri Fərhad Heydərovun özbaşınalıqlarından bəhs olunur. Biz Yenixeber.org olaraq yazıda yer alan ittihamlarla bağlı qarşı tərəfi dinləmək istəsək də, bu istiqamətdəki çabalaraımız nəticəsiz oldu.

Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə müraciəti dərc edirik:

"Azərsu" ASC-nin 2 №-li Regional Sukanal İdarəsinin müdiri Fərhad Heydərov dövlət vəsaitini talan etsə də ona "gözün üstə qaşın var" deyən yoxdur. "Azərsu" ASC-nin sədri vəzifəsini icra edən Köçəri Həsənovla yaxınlığı olduğu üçün 67 yaşlı Fərhad Heydərov əmək müqaviləsi ilə işləyir. Hansı ki, o bu sahənin mütəxəssisi deyil. Onun maxinasiya vasitəsi ilə dövlət əmlakını talan etmək məharəti çox güclüdür. Buna görədir ki, qocalıq yaşı keçmiş Fərhad Heydərovu Şamaxı Sukanal İdarəsinin müdiri vəzifəsindən bir neçə ay əvvəl "Azərsu" ASC-nin 2 №-li Regional Sukanal İdarəsinin müdiri vəzifəsinə gətirdilər.

Bundan sonra avtomobillərə ayrılmış yanacaqlar saxta aktlarla satılmağa başlanıldı, 20 metr su borusu dəyişdirildiyi halda aktda bunu 2000 metr kimi qeyd edildi. Bahalı elektrik mühərrikləri satıldı, ehtiyat hissələri almaq adı ilə pullar silindi. Yeraltı su boruları yararlı olduğu halda çıxarılaraq satılmağa başlanıldı.

Talançılığının sayı hesabı olmayan Fərhad Heydərovun şəxsi biznesi və əmlaklarının dəyəri milyonlarla mantdır. Bakı şəhərində çoxlu sayda mənzillərə, Şamaxı rayonunda bahalı villalara, ticarət obyektlərinə, avtosalona, şadlıq sarayına, balıqyetişdirmə gölünə, iri və xırda buynuzlu heyvan fermalarına sahib olan Fərhad Heydərovun yeri zindan olmalı idi, ancaq rəhbərliyə yaxşı görüm-baxım etdiyi üçün 67 yaşlı qoca talançının vəzifəsi daha da yüksəlmişdir. Hətta Şamaxı rayonunda dəyəri bir milyon manatdan çox olan istirahət mərkəzi də inşa etdirmişdir.
Fərhad Heydərov "Azərsu" ASC-nin 2 №-li Regional Sukanal İdarəsinin həyətindəki qiymətli ağacları bir neçə gün əvvəl kütləvi şəkildə qanunsuz olaraq kəsdirib, məhv etmişdir.

Ucar və Zərdab Su-kanal İdarələrində müdirlərə məcbur etdirib tələbnamə yazdırıb bir neçə ştatı işçinin razılığı olmadan qanunsuz ləğv etdirmişdir. Həmin ştatda uzun illər nöqsansız işləyən şəxslərə təzyiqlər göstərir. Bu isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə ziddir. Məqsəd isə onlardan istədiyi pulu almaqdır. Fərhad Heydərovun 67 yaşı olmasına baxmayaraq nəfsi çox böyükdür. "Azərsu" ASC-nin 2 №- li Regional Su-kanal İdarəsinə 6 rayon ( Şamaxı, Ağsu, Ucar, Zərdab, Kürdəmir və Qobustan) sukanal idarələri və Külüllü su mənbəyi tabedir. 2 №-li Regional Su-kanal İdarəsi Ucar rayonunda yerləşir. Hər bir idarə müdiri ona aylıq haqq verir. Buna görədir ki, artıq Zərdab Sukanal İdarəsinin saxta diplomlu , fərari müdiri Romiq Nəcəfov yararlı artezan qurğularını belə doğratdırıb metal kimi satdırır.(Romiq Nəcəfovun qanunsuz fəaliyyəti barədə geniş məlumatı növbəti günlərdə verəcəm).

Fərhad Heydərovun göstərişi əsasında "Azərsu" ASC-nin 2 №-li Regional Sukanal İdarəsinin tabeliyində olan rayonların Su-kanal İdarələri yerlərdə sahibkarlara qeydiyyata alınmadan "levi" su xətləri çəkib onlardan aylıq pullar alırlar. Bununla da dövlət küllü miqdarda pul itirir, ancaq Fərhad Heydərov belə cinayət yolu ilə yüksək kapital əldə edir.

Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevdən xahiş edirəm ki, dövlət əmlakına qənim kəsilən 67 yaşlı yaramaz Fərhad Heydərovun cinayət əməllərini araşdırıb, onun barəsində ciddi tədbirlər görəsiniz.

Yenixeber.org olaraq yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024