Mobil versiya
Sülh danışıqları Azərbaycanın irəli sürdüyü təkliflər əsasında aparılacaq
Tarix: 10-04-2022 | Saat: 10:39
Bölmə:Seçki 2024 | çapa göndər

Sülh danışıqları Azərbaycanın irəli sürdüyü təkliflər əsasında aparılacaq

Prezident İlham Əliyevin bu günlərdə baş tutan Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisi, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və  məqsədyönlü siyasətin növbəti böyük uğurudur. Belə ki, Brüsseldə Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə keçirilən sülh danışıqlarının növbəti raundu müsbət yekunlaşıb. Qeyd edək ki, bu formatda ilk üçtərəfli görüş ötən il dekabrın 14-də keçirilib və nəticə etibarilə Prezident İlham Əliyevlə Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub.  Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar qurulub, telefon danışıqları olub

Ümumiyyətlə, Prezident İlham Əliyevin səfər çərçivəsində aparılan danışıqlarda qətiyyəti, müdrik və çevik diplomatiyası regionu sülhə və daha firavan gələcəyə bir qədər də yaxınlaşdırdı. Brüssel danışıqlarının nəticəsi olaraq verilən bəyanatlarda minaların təmizlənməsi, itkin düşən insanların taleyinə aydınlıq gətirilməsi kimi humanitar paketə daxil olan məsələlər, həmçinin kommunikasiyaların, o cümlədən, dəmir yolu xətti ilə bərabər, avtomobil yolunun açılmasının zəruriliyi də öz ifadəsini tapıb. Burada kommunikasiyaların fəaliyyətinin bərpası ilə bağlı bir qədər ətraflı bəhs etmək istərdim. Əvvəla, onu bildirim ki, Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir “damarı” açıla, və nəticədə bölgə ölkələri arasında, xüsusilə iqtisadi-ticari əlaqələrdə canlanma yarana bilər. Şübhəsiz ki, Ermənistan da Zəngəzur dəhlizinin üstünlüklərindən yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşar. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edər.

Bu gün Ermənistanda Cənubi Qafqazda daimi sülhün və barışın olmasını istəməyən revanşist qüvvələr Brüssel sülh gündəliyini hər vəchlə zədələməyə, əldə olunan razılaşmanı pozmağa çalışırlar. İnanırıq ki, Avropa İttifaqı buna imkan verməyəcək və rəsmi Brüssel regionda yaranmış tarixi fürsəti qaçırmayacaq. Hazırda Qarabağda genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri sürətlə aparılır. İşğaldan azad edilən ərazilərdə infrastrukturun qurulması, vacib kommunikasiya xətlərinin bərpası, yolların və tunellərin tikintisi, inzibati və yaşayış binalarının inşa olunması daim diqqətdə saxlanılır. Sülh sazişini imzalamaqla bütün bunlardan Ermənistan da faydalana bilər.

Onu da xatırlatmaq yerinə düşər ki, Avropa İttifaqı dünyada mövcud olan böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Aİ-nin məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına nail olunmasıdır. Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün də olduqca mühümdür. Ona görə də Aİ  bu məsələdə qərəzsiz tərəf kimi çıxış edir. Bu səbəbdən də tərəflər arasında sülh danışıqlarının uğurlu sonluğunu gözləyənlər çoxluq təşkil edir. Görüşdən sonra açıqlama verən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin fikirləri də onu deməyə əsas verir ki, tərəflər artıq müxtəlif məsələlərdə ümumi razılığa gələ biliblər.
Sülh sazişinin imzalanması məsələsinə gəlincə isə Aİ rəsmisi deyib ki, ikinci üçtərəfli görüş ümidləri xeyli artırıb. Ümumiyyətlə, sülh müqaviləsi üzrə danışıqlar Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif əsasında aparılacaq. Burada əsas məqam Azərbaycanın ərazi bütövlüyü ilə bağlıdır. Yəni, Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edilir ki, Ermənistan Azərbaycanın irəli sürdüyü 5 təkliflə razılaşmaq məcburiyyətində qalıb. Bir sözlə, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır. Bunun da məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, Cənubi Qafqazda sülhün bərqərar olmasıdır.

Zamir Hüseynov,
YAP Göygöl rayon təşkilatının məsul işçis
i



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024