Bloomberg: ABŞ Ukraynanın nizamlanması məsələsində səbrini itirir
Tarix: 16-05-2025 | Saat: 16:25
Bölmə:Özəl | çapa göndər

ABŞ tezliklə Ukrayna nizamlanmasına səbrini itirəcək. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
"Tramp administrasiyası razılığa gəlmək üçün diplomatik danışıqlarda səbrinin tükəndiyini bildirib. "İstanbuldakı uğursuzluq ABŞ-ın danışıqlardan geri çəkilməsinə katalizator ola bilər". Nəşr onu da qeyd edir ki, İstanbul danışıqları Rusiya və Ukrayna arasında razılaşmaya gedən yolun başlanğıcı ola bilər, lakin onlar da uğursuzluğa düçar ola bilər.
Mayın 16-da 2022-ci ildən bəri ilk dəfə İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqlar başlayıb. “Reuters”in xəbər verdiyi kimi, bu görüşdə Kiyevin prioriteti atəşkəs məsələsi olacaq. Bundan əlavə, agentliyin məlumatına görə, tərəflər Rusiya Federasiyası və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında mümkün təmasları da müzakirə edəcəklər.
Ukrayna nümayəndə heyətinin rəhbəri, müdafiə naziri Rustem Umerov görüşdən əvvəl bəyan edib ki, Kiyev ən yüksək səviyyədə birbaşa danışıqlara hazırdır.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-05-2025