Mobil versiya
Azərbaycanlı komandir Ukraynada həlak oldu
Tarix: 08-04-2022 | Saat: 15:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanlı komandir Ukraynada həlak oldu

Ukrayna ordusunda döyüşən azərbaycanlı könüllü Elnur Həsənov Kiyevin müdafiəsi zamanı həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə onun könüllü olduğu "Karpat Seçi" batalyonunun nümayəndələri məlumat verib.

"Alik" ləqəbli həmyerlimiz İrpində Rusiya tərəfinin minaatanlardan atəşə tutması nəticəsində həlak olub.

1993-cü il təvəllüdlü Həsənovun iki övladı və hamilə həyat yoldaşı qalıb.

Bildirilib ki, o, snayper dəstəsinin komandiri olub. Eyni zamanda İkinci Qarabağ müharibəsinin iştirakçısı idi.

O, Rusiyanın Ukraynaya hücumunun ilk günlərindən döyüşlərdə iştirak edib.

Onun nəşinin artıq Azərbaycana yola salındığı qeyd olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025