Mobil versiya
“Azəriqaz” sədri gecə klubundakı partlayışdan DANIŞDI
Tarix: 08-04-2022 | Saat: 12:47
Bölmə:Gündəm | çapa göndər

“Azəriqaz” sədri gecə klubundakı partlayışdan DANIŞDI

“Yaşayış binasının birinci mərtəbəsi qeyri-yaşayış məkanı sayılırsa, oraya daxilə qaz verilməsi qadağandır. Oraya yalnız istilik yaratmaq məqsədilə qaz verilir, o da layihəcə obyektdən kənarda quraşdırılmalıdır”.

Bu barədə “Azəriqaz” İB-nin sədri Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, bu günə kimi tərəflərindən keçirilən reydlər zamanı əksər hallarda propan qaz balonlarından istifadə halları aşkar edilib:

“Eyni zamanda sahibkarın yuxarı mərtəbədən qeyri-qanuni qaz xəttindən istifadə etdiyinə dair hallar da aşkar edilib. Bu hallar daim aşkarlanır. Baş verən hadisə cəmiyyətin diqqət mərkəzindədir. Hazırda həmin hadisə ilə bağlı təhqiqatlar davam etdirilir. İlkin ehtimala görə, hadisə propan qaz balonunun partlamasıdır, amma yenə də araşdırmalar davam edir.

Biz hadisə baş verən gün sosial şəbəkə üzərindən məlumat verdik ki, həmin ərazidən “Azəriqaz” İB-yə məxsus nə yerüstü, nə də yeraltı qaz xətti keçir. Heç bir kənar qoşulma da aşkarlanmayıb”.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025