Mobil versiya
Azərbaycanda toyda qətl: Ana və bacısı ilə intim münasibətdə olduğunu dediyi üçün öldürdü
Tarix: 06-04-2022 | Saat: 14:15
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycanda toyda qətl:

Gəncə Ağır Cinayətlər Məhkəməsində Daşkəsən rayonunda toy mərasimində qətl törətməkdə təqsirləndirilən Tahir Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd: hadisə 2021-ci il iyulun 25-də Daşkəsən şəhərində baş verib.

Belə ki, rayonun Alaxançallı kənd sakini, 1997-ci il təvəllüdlü Tağıyev Tahir Şükür oğlu şəxsi münasibətlər zəminində həmyerlisi və qohumu, 1998-ci il təvəllüdlü Namazov Eldəniz Mustafa oğlunu qətlə yetirib.

İttihama görə, hər iki şəxs hadisədən əvvəl restoranda toy mərasimində iştirak ediblər. Daha sonra T.Tağıyev E.Namazovu söhbət etmək üçün çölə çıxardıb.

Mübahisə zamanı E.Namazov onun ana və bacısı ilə intim münasibətdə olduğunu deyib. Daha sonra T.Tağıyev üzərində gəzdirdiyi bıçaqla onu öldürüb.

T.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024