Mobil versiya
Bakıda liftin qırıldığı məşhur restoranın adı məlum oldu
Tarix: 06-04-2022 | Saat: 11:24
Bölmə:Parlament | çapa göndər

Bakıda liftin qırıldığı məşhur restoranın adı məlum oldu

Ötən gün Səbail rayonu ərazisində restoranda liftin qırılması nəticəsində 2 nəfərin ağır xəsarət alması barədə xəbər vermişdik.

AİA.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə Bayıl qəsəbəsi Aydın Nəsirov küçəsində yerləşən "Mangal Steak House" restoranında baş verib.

Nəticədə liftin təmiri ilə məşğul olan 1988-ci il təvəllüdlü Məmməd Abdulsalamov və 1978-ci il təvəllüdlü Nadir Qəhrəmanov ağır xəsarətlər alıblar.

Qeyd edək ki, hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar müəyyən edilib və ikisi də reanimasiyaya yerləşdirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024