Mobil versiya
Səttar Möhbalıyev: İLHAM ƏLİYEV İQTİSADİ YÜKSƏLİŞ DÖVRÜNÜN MEMARIDIR
Tarix: 06-04-2022 | Saat: 10:35
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər

Səttar Möhbalıyev: İLHAM ƏLİYEV İQTİSADİ YÜKSƏLİŞ DÖVRÜNÜN MEMARIDIR

Məlumdur ki seçkilər cəmiyyətin inkişaf dinamikasını müəyyən edən və yeniləşmə, ideoloji inkişaf, cəmiyyətdə təbəddülat üçün meyarlardan biridir. Bu mənada 2018-ci il seçkiləri müstəsna əhəmiyyətə malikdir. Belə ki ölkəmizin müstəqillik qazandığı vaxtdan 2003-cü ilə qədərki 2 mərhələ müxtəlif siyasi hadisələr fonunda cərəyan etmiş tənəzzül və tərəqqi dövrləri kimi tarixə daxil olmuşdur. Ulu Ömndər Heydər Əliyevin rəhbərliyi ilə tərəqqi dövrünün əsası qopyulmuş, iqtisadi və siyasi sferada güclü dayaqlar yaradılmışdır. 2003-cü ildən 2018-ci ilə qədərki mərhələ davamlı inkişaf yüksəliş mərhələsinə qədəm qoymuş, məhz bu ildə keçirilən Prezident seçkilərinin taleyi də bu inkişaf və yüksəlişlə şərtlənmişdir.
2018-ci ildə keçirilən seçkilər ciddi rəqabət, kifayət qədər namizədlərin olması Yeni Azərbaycan partiyasının Sədri cənab İlham Əliyevin yenidən prezident seçiləməsinə mane ola bilməmişdir. Çünki tam demokratik şəraitdə keçirilən seçkilərdə respublika üzrə səsvermə hüququ olanların 74.3%-nin iştirak etdiyi, şəffaf, azad, demokratik şəraitdə keçirilən bu seçkilərdə seçicilərin 86.02%-i nə şirin vədlərə, nə də utopik xəyallara deyil, birmənalı olaraq ölkəni inkişafa, yüksəlişə aparan, bunu əməlində və işində sübut etmiş şəxsə səs verdilər. Keçirilən seçkilərin nəticələri xarici ekspertlərin, “exit-poll” keçirən təşkilatların proqnozları ilə üst-üstə düşmüşdür. Seçkiləri izləyən müxtəlif beynəlxalq təşkilatların, dövlətlərin müşahidə missiyalarının rəylərində bu fikir xüsusi qeyd olunmuşdur ki, son prezident seçkiləri Azərbaycanda demokratik islahatların təntənəsidir. Xalqın iradəsini əks etdirən seçkilər cənab İlham Əliyevə olan inamı, etimadı bir daha nümayiş etdirmişdir.
Ümumiyyətlə, seçkilərdə  Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin dəstəyini alaraq möhtəşəm və inamlı qələbə qazanması, Azərbaycanın əldə etdiyi yüksək iqtisadi inkişafla, əhalinin sosial rifah halının yaxşılaşması ilə birbaşa bağlı olmuşdur. Yeni Azərbaycan Partiyası da bu seçkilərdə öz üzərinə düşən vəzifənin öhdəsindən çox qısa zamanda və yüksək keyfiyyətlə gələrək uğurlu seçki kampaniyası aparmışdır.  

Bunu mətbuata verdiyi açıqlamasında AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev deyib.

Millət vəkili qeyd etmişdir ki, “ Xalqın böyük dəstəyi İlham Əliyevin xalq iradəsinə söykənən fəaliyyətini yeni mərhələdə daha da inkişaf etdirməsinə imkan vermişdir: “2003-2018-ci illər ərzində həyata keçirilmiş xarici siyasətin uğurlu nəticələri. Ölkənin getdikcə artan nüfuzu, bölgədə əsas söz və güc mərkəzinə çevrilməsi cənab prezidentin müxtəlif beynəlxalq təşkilatların tribunasından qətiyyətlə çıxış etməsinə, dünya güclərini fakt qarşısında qoymaqla, xalqımızın haqq səsinin beynəlxalq müstəvidə eşidilməsinə nail olmuşdur.
Seçkilərin nəticəsi göstərdi ki marginallaşmış antimilli qruplaşmalar, xarici qrantlar hesabına fəaliyyət göstərən, xalqın iradəsi ziddinə hərəkət edən ünsürlər tarixin zibilliyinə gömülməklə öz təsir rıçaqlarından tam və birmənalı olaraq məhrum olmuşlar. 15 il ərzində demokratik institutların və təsisatların ardıcıl, təkamül yolu ilə inkişafı real tarixi hadisəyə çevrilmiş, Azərbaycan xalqı öz taleyinin sahibi olmaq kimi çətin bir tarixi mərhələni uğurla başa vurmuşdur.

“Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” fikrinin müəllifi olan cənab İlham Əliyevin davamlı inkişaf məntiqinə əsaslanan bu siyasətinin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb.
2003-2018-ci illər ərzində ölkədə azad sahibkarlığın inkişafı üçün hüquqi baza yaradılmaqla, bu sahəyə xüsusi diqqət göstərilmiş, güzəştli şərtlərlə sahibkarlara verilən 2 milyarad manatlıq kreditlər hesabına minlərlə yeni müəssisə yaradılmış, qeyri-neft sektorunun inkişafına nail olunmuşdur.”

Millət vəkili qeyd etmişdir ki, “15 il ərzində Azərbaycançılıq məfkurəsi, milli maraqların qorunması və inkişaf etdirilməsi ideyası ölkədə tam bərqərar olmaqla ordu quruculuğu sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. 2016-cı il aprel döyüşlərinin nəticələri bunun bariz nümunəsi oldu. Həmin illər ərzində ölkədə həyata keçirilən böyük infrastruktur layihələrin yerinə yetirilməsi nəticəsində Azərbaycan eneji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilmiş, Bakı –Tbilisi-Ərzrum, “Cənub Qaz Dəhlizi”, onun bir qolu olan Trans Anadolu (TANAP)qaz xətlərinin açılışı Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə olmaqla yanaşı, onun rtegionda söz sahibinə çevrilməsində mühüm vəsilə olmuşdur.
Ölkə daxilində quruculuq, abadlıq işləri geniş vüsət almış, 15 min kilometr yol çəkilmiş və ya əsaslı təmir edilmiş, 7 aeroport tikilmişdir. Komunikasiya əlaqələrinin yaxşılaşdırılması və genişlənməsi sayəsində logistika imkanları genişlənmiş. Həyata keçirilən islahatlar nəticəsində ölkəmizin iqtisadi inkişafı təkcə bir sektordan asılı olmaqdan xilas olmuşdur. Milli iqtisadiyyatın modernləşdirilməsi, ölkəyə ən qabaqcıl texnologiyaların cəlb edilməsi, Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübənin tətbiq olunması, bütün sahələrdə peşəkar kadrların hazırlanması və beləliklə də ölkənin resurs potensialının tam və səmərəli şəkildə dövriyyəyə cəlb edilməsi təmin edilmiş və bununla da regional və ümumi iqtisadi inkişafın bazası yaranmışdır.
   
 Qeyd edilənlərin nəticəsi olaraq keçid dövrü arxada qalmış, ölkəmiz milli iqtisadiyyatın davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur.  Yuxarıda qeyd edilən strateji məqsədlərin həyata keçirilməsinə yönəldilən sosial-iqtisadi siyasətin ana xəttini əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil etmişdir.

Qeyd edilən tərəqqi, iqtisadi inkişaf, insanların sərbəst, əmin-amanlıq şəraitində yaşaması, cəmiyyətin rifah halının getdikcə yaxşılaşması fonunda keçirilən 2018-ci il seçkilərinin nəticəsi də cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə adekvat olmuş, xalq öz liderinin fəaliyyətini yüksək qiymətləndirmişdir. Prezident İlham Əliyev Azərbaycanın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini açıqlamış, çevik və işlək mexanizmlər üzərində proqressiv islahatları təmin etmiş, hər bir azərbaycanlının layiqli prezıdenti olduğunu əməli işi ilə sübuta yetirmişdir. Ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar ölkə başçısının daim xalqın mənafeyindən çıxış etdıyini, habelə verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmişdir. Cənab Prezident işi və əməli ilə bir daha sübut etmişdir ki o, iqtisadi yüksəliş dövrünün memarıdır. Azərbaycan xalqının 2018-ci il 11 aprel tarixli uzaqgörən seçimi də məhz bu reallıqla şərtlənmiş, ölkə vətəndaşları hər vədini əməli işi ilə doğruldan, əzmkar fəaliyyəti ilə ölkə həyatının ən müxtəlif sahələrində inkişaf və tərəqqini təmin edən, bütün məsələlərdə insan və şəxsiyyət amilini uca tutan layiqli siyasi liderə səs vermişlər. ”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024