Mobil versiya
Xarici Kəşfiyyat Xidmətinin səlahiyyəti ARTIRILDI
Tarix: 05-04-2022 | Saat: 16:05
Bölmə:Manşet / Gündəm | çapa göndər

Xarici Kəşfiyyat Xidmətinin səlahiyyəti

Xarici Kəşfiyyat Xidməti öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilərə münasibətdə toplanışları keçməkdən azad etmək barəsində qərar verəcək.

aia.az xəbər verir ki. bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanda edilən dəyişiklikdə əksini tapıb.

Xarici Kəşfiyyat Xidməti tərəfindən öz ehtiyatına keçirilmiş hərbi vəzifəlilər üçün toplanışa göndərildikləri gün toplanışın başlanğıcı, toplanışın başa çatması ilə əlaqədar müvafiq əmr əsasında şəxsi heyətin siyahısından çıxarıldıqları gün isə toplanışın sonu sayılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025