Mobil versiya
YAP Samux rayon təşkilatının hesabat-seçki yığıncağı keçirilib - FOTOLAR
Tarix: 05-04-2022 | Saat: 12:47
Bölmə:Gündəm | çapa göndər

YAP Samux rayon təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsini davam etdirir. 05 Aprel 2022-ci il tarixdə “Samux şəhər Nəbiağalı” ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

aia.az xəbər verir ki, yığıncaqda ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı YAP üzvlərinin yüksək fəallığı ilə keçirilib.Yığıncaq iştirakçıları tərəfindən hesabat məruzəsi diqqətlə dinlənilərək ilk partiya təşkilatının sədrinin ötən dövr ərzindəki fəaliyyətinə yüksək qiymət verilib. Sonra təşkilati məsələlərə baxılaraq ərazi partiya təşkilatına yeni sədr və sədr müavin seçilib. Rəşad Qarayev “Samux şəhər Nəbiağalı” ərazi ilk partiya təşkilatının sədri, Rasim İmamquliyev isə müavin seçilib.

Yığıncaqda çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov ilk partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib. YAP-ın sədri cənab Prezident İlham Əliyevin bütün sahələrdə apardığı düşünülmüş və məqsədyönlü siyasətdən danışan G.Bayramov bildirib ki, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyev heç bir xarici təyziqlərə məhəl qoymadı: "Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunması, mövcud iqtisadi inkişaf, hərtərəfli tərəqqi heç də asan məsələ deyildi. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızı qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən Vətən müharibəsində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşdirdi".

Sonra tədbirdə “Samux şəhər Nəbiağalı” ərazi ilk partiya təşkilatının fəalları Gəray Bayramov, Rəşad Qarayev və digərləri ətraflı çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixi, keçdiyi inkişaf yolu haqqında fikirlərini söyləyərək qeyd etdilər ki, bu gün Azərbaycan dövləti Ulu öndər Heydər Əliyev siyasəti nəticəsində sürətlə inkişaf edir və hər bir vətəndaş müstəqil dövlətimizlə qürur duyur. Mənalı həyatını öz xalqına bəxş etmiş Ulu öndərin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edən natiqlər vurğuladılar ki, ümummilli liderimizin yorulmaz fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi və siyasi fəlsəfə məktəbinə çevrilmişdir. Ona görə də inamla demək olar ki, Azərbaycan xalqının hələ neçə-neçə gələcək nəsili bu nəhəng məktəbdən, Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

Daha sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə çağırıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025