Mobil versiya
Region gəncləri Aprel döyüşləri şəhidlərinin xatirəsini yad ediblər - FOTOLAR
Tarix: 04-04-2022 | Saat: 17:57
Bölmə:Seçki 2024 | çapa göndər

Region gəncləri Aprel döyüşləri şəhidlərinin xatirəsini yad ediblər


Vətən müharibəsindəki şanlı qələbəmizin müjdəçisi olan Aprel döyüşlərindən 6 il ötür. 4 günlük döyüşlər 4 ildən sonra 44 günlük Vətən müharibəsi ilə davam etdi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun zəfəri ilə yekunlaşdı.

Azərbaycan ordusunun döyüş meydanında nəyə qadir olduğunu nümayiş etdirən, hərbi-psixoloji üstünlüyün Azərbaycan tərəfinə keçməsini təmin edən Aprel döyüşlərinin ildönümü ilə əlaqədar regionlarda bir sıra tədbirlər həyata keçirilib, qəhrəman şəhidlərimiz gənclər tərəfindən qürurla anılıb.

aia.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəliklərinin təşkilatçılığı ilə əməkdaşlar və gənclər Şəhidlər xiyabanını, Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış igidlərimizin məzarlarını ziyarət edib, önünə gül dəstələri qoyublar.
Şəhidlərimizin ailələri ziyarət olunub, gənclərlə söhbət zamanı onların yaxınları Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə layiqli cavab verildiyini, Aprel şəhidlərinin qisasının döyüş meydanında alındığını qürur hissi ilə bildirib, Vətən müharibəsindəki zəfər sayəsində əzizlərinin ruhunun şad olduğunu xüsusilə vurğulayıblar.

Regionlarda Aprel döyüşlərinin iştirakçıları, tarix müəllimləri, rayon rəsmilərinin iştirakı ilə görüşlər, dəyirmi masalar təşkil edilib, əsgərlərimizin göstərdiyi şücaət, ordumuzun gücü, döyüşlər zamanı işğaldan azad edilmiş ərazilər haqqında gənclərə məlumat verilib.
Daha sonra gənclər “Aprel döyüşləri”, “Dolu” və “Aprel yüksəkliyi” sənədli filmləri, “Aprel döyüşləri necə başladı və nəticəsi...” adlı qısametrajlı filmi, “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir” filmi, “Lələtəpə əməliyyatı” adlı animasiya filmini izləyiblər.

GİKM-in region nümayəndəliklərində fəaliyyət göstərən təcrübəçilər şəhidlər haqqında təqdimat hazırlayaraq gənc həmyaşıdlarını məlumatlandırıblar.
Zaman göstərdi ki, Azərbaycan gəncliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir” fikirlərini rəhbər tutub və bundan ruhlanaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində şanlı zəfərə imza atdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024