Mobil versiya
Natiq Quluzadə: “2018-ci il seçkilərində xalqın prezident İlham Əliyevə etimad göstərməsi tarixi zərurət idi”
Tarix: 04-04-2022 | Saat: 17:57
Bölmə:Seçki 2024 | çapa göndər

Natiq  Quluzadə: “2018-ci il seçkilərində xalqın prezident İlham Əliyevə etimad göstərməsi tarixi zərurət idi”

Prezident İlham Əliyevin 2003-2018-ci illər ərzində imzaladığı əfv fərmanları və amnistiya aktları, insan hüquqlarının daha geniş şəkildə qorunması, seçki təcrübəsinin təkmilləşdirilməsi və digər addımlar dövlət başçımızın siyasi fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı bir sıra fərman və sərəncamlarla sübut etdi ki, bu istiqamətdə aydın, geniş və ölçülüb-biçilmiş fəaliyyət proqramına malikdir. Bu proqrama uyğun olaraq ilk növbədə əhalinin sosial durumu diqqət mərkəzində saxlanıldı, minimum əmək haqqı və pensiyalar artırıldı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun yüksəldilməsi, mövqelərinin möhkəmləndirilməsi, əlaqələrinin daha da genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsası məhz 2003-cü ildən qoyuldu. İqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edildi. Ölkədə sosial-iqtisadi tərəqqinin davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyuldu. Azərbaycan zəngin neft resurslarından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail oldu və qeyri-neft sektorunu valyuta gətirə biləcək strateji bölməyə çevirdi. Azərbaycanın valyuta ehtiyatları 2003-cü ildə 1,8 milyard dollar idisə artıq 2018-ci ildə bu göstərici 46 milyard dollara yaxın idi. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdu. Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları tərəfindən Azərbaycanın uğurları qeyd edilir, bütün hesabatlarda ölkəmiz inamla öncül mövqelərə çıxırdı.

Məhz bütün bu amillər öz təsirimi 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticələrinə də göstərdi. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Əlbəttə ki, xalqın bu seçimini şərtləndirən daha bir çox amillər vardır. Həmçinin 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət Azərbaycanın bütün nüfuzlu beynəlxalq təşkilatların yüksək kürsülərindən daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratdı. 2011-ci il oktyabrın 24-də Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyini qazanaraq inamlı qələbə qazandı. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu olaraq qəbul edilməlidir. Belə ki, Azərbaycan son illər ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki fəaliyyəti ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasında təmsil olunmaqla yanaşı, 2011-ci ilin may ayında 120 dövlətin daxil olduğu Qoşulmama Hərəkatına üzv qəbul edildi. 2015-ci il noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində “G-20” sammitində Azərbaycanın “Böyük İyirmilik” tədbirlərində iştirakı mühüm əhəmiyyət kəsb edir kəsb edir və Sammit həm regional, həm də beynəlxalq problemlərin həlli üçün zəruri tədbir kimi yadda qalmışdır. “Böyük İyirmiliy”in hər il keçirilən Zirvə toplantısı ilin əsas iqtisadi hadisəsi hesab edilir və dünyanın aparıcı iqtisadi, hərbi, siyasi gücə malik dövlətləri bu toplantıda təmsil olunurlar.

Bir məqamı da qeyd edək ki, 2018-ci ildə yaranmış vəziyyətdə seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi həm də xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin bir təzahürü idi. 2018-ci il 11 aprel seçkiləri bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Bu səbəbdən də 2018-ci ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu.

Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetlərinə çevrilib. Birmənalı olaraq demək lazımdır ki, Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan, bütün məqamlarda ulu öndərin ən etibarlı silahdaşı kimi çıxış edən cənab İlham Əliyevə 2018-ci il seçkilərində xalqın etimad göstərməsi, onun dövlət başçısı seçilməsi tamamilə gözlənilən, tarixi baxımdan isə həm də zəruri idi.

Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədiri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024