Mobil versiya
Prezident İlham Əliyev Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır
Tarix: 04-04-2022 | Saat: 12:40
Bölmə:Seçki 2024 | çapa göndər

Prezident İlham Əliyev Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır

Bu gün Azərbaycana Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Prezident İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan güclü dövlət adamdır. Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının lideridir.

Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir. Cənab İlham Əliyev ölkədə insan hüquqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Belə ki, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ölkədə sabitliyin qoruması vətəndaşlar arasında dövlətə və dövlətçiliyə etibar, inam, öz ölkəsini sevmək, sərhədlərini göz bəbəyi kimi qo-rumaq, onunla qürur duymaq və uğrunda döyüşmək duyğusu və hissi yaratdı.

Yuxarıda qeyd edilənlər bütünlüklə İlham Əliyevi parlaq qələbəyə aparan sistemli strategiya idi. Əlbəttə, bütün uğurların əldə olunma¬sında “İlhamla irəli!”- devizi, sabaha, gələcəyə inam hissi dayanırdı. Prezident seçildiyi ilk gündən İlham Əliyev praqma¬tik dövlət xadimi kimi iqtisadiyyatın bütün sferalar üzrə inkişafına nail olmağın zəruriliyini bəyan edərək, ölkənin neft gəlirlərindən asılılığının aradan qaldırıl¬ması və qeyri - neft sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm addım¬lar atdı. Ölkədə qeyri-neftsektorunda iqti¬sadi dirçəlişə nail olunması istiqamətində sahibkarlıq ənənələrinə yiyələnilməsinə geniş meydan verilməsini, onlara səmərəli dövlət qayğısının həyata keçirilməsinə şərait yaradılmasını prioritet istiqamətlərdən biri kimi bəyan etdi. Habelə ölkədə kənd təsərrüfatı sahəsində dinamik inkişafa nail olunma¬sını, ənənəvi əkinçilik və heyvandalığın, məşğulluq vərdişlərinin bərpa olunma¬sında təxirəsalınmaz işləri reallaşdırmaq üçün əlverişli mühit formalaşdırıldı.
Ən əsası, 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun qələbəsi təmin olundu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqın inamına arxalanaraq, möhtəşəm qələbəmizin əsas memarı kimi tarix yazdı. Dövlət baş¬çısı, Ali Baş Komandan İlham Əliyevin tükənməz enerjisi, qətiyyəti, möhkəm iradəsi Azərbaycan xalqının iradəsinin, arzu və istəklərinin reallaşdırılmasına zəmin yaratdı.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadar¬larının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Dövlət başçısı demiş¬dir: “Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir “dəmir yumruq” yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim “dəmir yumruğ”umuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu “dəmir yumruq” düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyası¬nı yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın “dəmir yumruğ”u onların belini qıracaq. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.”
Ən nəhayət, Azərbaycanın hərbi-siyasi və dip¬lomatik sahədə uğurları birbaşa İlham Əliyev fenomenal istedad sahibi olma¬sının göstəricisidir. 44 günlük Vətən müharibəsində qələbənin əldə olunması Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu strategiyasının nəticəsidir. Xalqın alternativsiz lideri, xilaska¬rı, Prezident İlham Əliyev, eyni zamanda ölkə iqtisa-diyyatını inkişaf etdirərək, 30 il ərzində xarabazara çevrilmiş Qarabağ torpaq-larını yenidən dirçəldərək, Böyük qayıdış layihəsini həyata keçirərək Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır.

Zamir Hüseynov,
YAP Göygöl rayon təşkilatının məsul işçisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024