Mobil versiya
Qalib Mirzəyev: “Prezident İlham Əiyev xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış dövlət başçısıdır”
Tarix: 04-04-2022 | Saat: 12:37
Bölmə:Seçki 2024 | çapa göndər

Qalib Mirzəyev: “Prezident İlham Əiyev xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış dövlət başçısıdır”

2003-2018-ci illər ərzində Azərbaycanda sürətli inkişaf dövrü yaşanıb, Heydər Əliyev siyasəti uğurla davam etdirilib. Bu illər ərzində Azərbaycan bütün sahələrdə çox böyük uğurlara imza atıb. Beynəlxalq əlaqələr genişlənib, Azərbaycan dünya miqyasında böyük rəğbətə və nüfuza malik olan bir ölkəyə çevrilib. Azərbaycanın ikitərəfli əlaqələri getdikcə inkişaf edir, dünyada dostlarımızın sayı getdikcə artır. Bu gün üzv olduğu bütün təşkilatlarda Azərbaycanın sözünün böyük çəkisi var. Əlbəttə ki, bütün bunlar ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, şəxsi nüfuzu sayəsində və yürütdüyü praqmatik siyasəti nəticəsində əldə olunmuşdur. Məhz bu səbəbdən də 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, partiyanın Sədri cənab İlham Əliyev seçicilərin 86,02 faizinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Birmənalı olaraq növbəti dəfə xalqın iradəsini əks etdirən bu seçkilərdə Azərbaycan vətəndaşları məhz 2003-2018-ci illər ərzində ölkədə görülən işlərə yüksək qiymət verdiklərini bir daha nümayiş etdirmiş oldular. Məhz cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadi gücü daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri kimi müəyyən edilib.

Prezident İlham Əliyevin 2003-2018-ci illər ərzində imzaladığı əfv fərmanları və amnistiya aktları, insan hüquqlarının daha geniş şəkildə qorunması, seçki təcrübəsinin təkmilləşdirilməsi və digər addımlar dövlət başçımızın siyasi fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı bir sıra fərman və sərəncamlarla sübut etdi ki, bu istiqamətdə aydın, geniş və ölçülüb-biçilmiş fəaliyyət proqramına malikdir. Bu proqrama uyğun olaraq ilk növbədə əhalinin sosial durumu diqqət mərkəzində saxlanıldı, minimum əmək haqqı və pensiyalar artırıldı, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun yüksəldilməsi, mövqelərinin möhkəmləndirilməsi, əlaqələrinin daha da genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Azərbaycanın sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsası məhz 2003-cü ildən qoyuldu. İqtisadi strategiyanın yeni prioritetləri və inkişaf perspektivləri müəyyən edildi. Ölkədə sosial-iqtisadi tərəqqinin davamlı dinamikasını təmin etmək üçün qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi, infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyuldu. Azərbaycan zəngin neft resurslarından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail oldu və qeyri-neft sektorunu valyuta gətirə biləcək strateji bölməyə çevirdi. Azərbaycanın valyuta ehtiyatları 2003-cü ildə 1,8 milyard dollar idisə artıq 2018-ci ildə bu göstərici 46 milyard dollara yaxın idi. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdu. Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları tərəfindən Azərbaycanın uğurları qeyd edilir, bütün hesabatlarda ölkəmiz inamla öncül mövqelərə çıxırdı.

Həmçinin 2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət Azərbaycanın bütün nüfuzlu beynəlxalq təşkilatların yüksək kürsülərindən daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratdı. 2011-ci il oktyabrın 24-də Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyini qazanaraq inamlı qələbə qazandı. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu olaraq qəbul edilməlidir. Belə ki, Azərbaycan son illər ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki fəaliyyəti ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasında təmsil olunmaqla yanaşı, 2011-ci ilin may ayında 120 dövlətin daxil olduğu Qoşulmama Hərəkatına üzv qəbul edildi. 2015-ci il noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində “G-20” sammitində Azərbaycanın “Böyük İyirmilik” tədbirlərində iştirakı mühüm əhəmiyyət kəsb edir kəsb edir və Sammit həm regional, həm də beynəlxalq problemlərin həlli üçün zəruri tədbir kimi yadda qalmışdır. “Böyük İyirmiliy”in hər il keçirilən Zirvə toplantısı ilin əsas iqtisadi hadisəsi hesab edilir və dünyanın aparıcı iqtisadi, hərbi, siyasi gücə malik dövlətləri bu toplantıda təmsil olunurlar.

Əlbəttə ki, bütün bunlar 2018-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrinə öz təsirini göstərməyə bilməzdi. Məhz bütün bu amilləri yüksək dəyərləndirən Azərbaycan xalqı 2018-ci ildə Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Azərbaycan xalqı bir daha bütün dünyaya nümayiş etdirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş siyasi müstəqillik sayəsində öz taleyinin əsl sahibidir.

Qalib Mirzəyev İmişli Peşə Məktəbinin direktor əvəzi,
YAP İmişli rayon “Peşə” ərazi ilk təşkilatının sədiri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024