Mobil versiya
Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır - FOTOLAR
Tarix: 01-04-2022 | Saat: 16:20
Bölmə:Seçki 2024 | çapa göndər

Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır

01 aprel 2022-ci il tarixdə Qaraqullar ərazi partiya təşkilatının sədr müavini Qənbərov Fəqani Səftər oğlunun ad günü münasibətilə yığıncaq keçirildi.

aia.az xəbər verir ki, yığıncaqda Muşavaq və Alaxançallı ərazi partiya təşkilatlarıının sədrləri də iştirak etdi.

Eyni zamanda yığıncaqda həmin ərazilərdə yaşayan bir qrup ağsaqqalar,gənclər və bitərəflər də iştirak etdi.

Yığıncağı giriş sözü ilə YAP Daşkəsən rayon təşkilatının sədri Yolçiyev Meydanəli Binəli oğlu açaraq Qaraqullar ərazi partiya təşkilatının sədr müavini Fəqani Qənbərovu 65 yaşı münasibəti ilə təbrik etdi və gələcək həyatında uğurlar arzuladı.

Meydanəli Yolçiyev eyni zamanda bildirdi ki,partiyamızın hər bir üzvünün bütün fəaliyyəti partiya rəhbərliyinin diqqət mərkəzindədir.

Ölkə Prezidenti,Ali Baş Komandan,Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyevin apardığı çox uğurlu siyasətdən,işğal altında olan torpaqlarımızın 44 günlük müharibə nəticəsində işğaldan azad edilməsindən ətraflı şəkildə söhbət açıldı.

90 yaşlı kənd ağsaqqalı Daşdəmir Məmmədov Ölkə Prezidenti,Ali Baş Komandan,Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyevə həsr etdiyi şeiri yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.

Alaxançallı ərazi partiya təşkilatının sədri Cabbarov Yunis Natiq oğlu,Muşavaq ərazi partiya təşkilatının sədri Məmmədov Arzu Mübariz oğlu,Qaraqullar kənd bələdiyyəsinin sədri Mustafayev Vasif Cəlil oğlu və başqaları Fəqani Qəmbərovu 65 yaşı münasibəti ilə təbrik etdilər.

YAP üzvü Məmmədova Mafilə Aydın qızı göstərilən bu diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının sədri Cənab İlham Əliyevə və YAP Mərkəzi Aparatın rəhbərliyinə minnətdarlığını bildirdi.

Fəqani Qənbərova qiymətli hədiyyə təqdim olundu.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024