Mobil versiya
Kafe və restoranlarda əlavə alınan xidmət haqqı nə qədər qanunidir? - AÇIQLAMA
Tarix: 31-03-2022 | Saat: 18:01
Bölmə:Seçki 2024 | çapa göndər

Kafe və restoranlarda əlavə alınan xidmət haqqı nə qədər qanunidir? -

Son zamanlar ölkəmizdə fəaliyyət göstərən kafe və restoranlarda “xidmət haqqı” adı altında əlavə ödəniş tələb olunur. Belə ki, yekun hesabın üzərinə ümumi məbləğin 5-10 faizi də əlavə edilir.

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, istehlakçılardan servis xidmətinə görə ödəniş tələb edilməsinin qanuni bir əsası yoxdur.

Ekspert deyib ki, bir çox kafe-restoranlar əvvəlcədən bu barədə müştəriyə heç bir məlumat vermir. Bu pullar vergidən yayındırılır: "Dünyanın bütün ölkələrində istehlakçılara yaxşı xidmət göstərildiyində istehlakçılar özləri əlavə ödəniş edirlər. Müştəri istəsə, xidmətdən razı olduğundan özü ofisianta əlavə ödəniş edə bilər.

Bir məsələni də qeyd edim ki, “xidmət haqqı” tələb etmək qanunla qadağan deyil. Bununla yanaşı, istehlakçı xidmətə görə ödəniş etmirsə, buna görə də heç bir inzibati məsuliyyət daşımır", - deyə ekspert bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024