YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatında hesabat - seçki yığıncağı keçirilib - FOTOLAR
Tarix: 31-03-2022 | Saat: 17:49
Bölmə:Gündəm | çapa göndər
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq ərazi partiya təşkilatlarında hesabat – seçki yığıncaqları davam edir. 31 mart 2022-ci il tarixdə “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC ərazi partiya təşkilatında hesabat - seçki yığıncağı keçirilib. Hesabat – seçki yığıncağında pandemiya qaydalarına tam əməl olunub.
aia.az xəbər verir ki, əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin, vətən uğrunda canından keçən şəhidlərimizin və 31 mart – Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda ərazi partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib.
Çıxış edənlər ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Ərazi partiya təşkilatında təşkilati məsələlərə də baxılıb.
YAP Qazax rayon təşkilatı “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC ərazi partiya təşkilatında Natiq Məmmədov sədr, Könül Manafova sədr müavini seçiliblər.
Yığıncaqda iştirak edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yeni seçilən sədri və müavini təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzuladı.
A.Nəbiyev qeyd etdi ki, partiyamızın tarixi VII Qurultayında möhtərəm prezidentimiz, partiyamızın sədri İlham Əliyev cənablarının proqram xarakterli nitqi hər birimiz üçün fəaliyyət proqramıdır. Partiya üzvlərinin daha məlumatlı, bilgili, yetkin olmaları, beynəlxalq aləmdə, regionumuzda, respublikamızda baş verən hadisələrdən xəbər tutmaları üçün mütəmadi olaraq sosial şəbəkələri, kütləvi informasiya vasitələrini izləmələrinin vacibliyini ön plana çəkən rayon təşkilatının sədri, partiyanın Nizamnamə və Proqramına edilən dəyişikliklərdən, ölkəmizin və regionun alternativsiz partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi çevik, dinamik islahatlardan, yeni qəbul olunan Əsasnamələrdən ətraflı danışdı. Partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi, üzvlərin dəqiq qeydiyyatının aparılması, nizam – intizamın gücləndirilməsi, üzvlük haqlarının vaxtında və Qaydalara uyğun şəkildə ödənilməsi barədə tapşırıq və tövsiyələrini verdi.
Sonda A.Nəbiyev partiya üzvlərinə müstəqil Azərbaycanımızın xoş – firavan gələcəyi naminə fəaliyyətlərində uğurlar arzuladı.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-02-2025
31-01-2025