Mobil versiya
Sosial-İqtisadi Kollecdə soyqırım qurbanları yad edildi - FOTOLAR
Tarix: 31-03-2022 | Saat: 16:42
Bölmə:Təhsil | çapa göndər

Sosial-İqtisadi Kollecdə soyqırım qurbanları yad edildi

AİA.Az xəbət verir ki,UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər planına uyğun olaraq Quba Soyqırımı Memorial Kompleksinə onlayn ziyarət təşkil olundu. Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşı Aysu Bülbülzadə ziyarət iştirakçılarına ətraflı məlumat verərək bildirdi ki, Quba soyqırım məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Ziyarət Quba Soyqırımı Memorial Kompleksində fəaliyyət göstərən muzeyə onlayn səyahətlə başa çatıb.
Sonra Kollecin akt zalında 31 Mart - Azərbaycanlıların Soyqırımına həsr olunmuş “Əsrin cinayəti” adlı tədbir keçirildi. Kollecin direktoru,pedaqoji elmlər doktoru Vidadi Orucov çıxış edərək bildirdi ki,əsrlər boyu Azərbaycan xalqının başına gətirilmiş müsibətlər, ermənilərin soyqırım və deportasiya siyasəti tariximizdə yaddaqalan ən dəhşətli qanlı hadisələrdəndir. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilən kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəran ilə yanaşı, Şuşada, İrəvan quberniyalarında, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda və başqa yerlərdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı qəddar üsullarla qətlə yetirilib.
Kollecin “İctimai Fənlər” FBK-nın sədri Qələndər Muxtarlı çıxışında bildirdi ki, erməni millətçiləri tərəfindən zamanla Azərbaycan xalqına qarşı etnik təmizləmə həyata keçirilib. Tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən, “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər. Təkcə ötən əsrdə Azərbaycan xalqı dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən hüquqlarının pozulması, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və deportasiyaya məruz qalmışdır.1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər.

Kollecin tarix müəllimi Səadət Mərdanova çıxışında qeyd etdi ki, Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə yürütdüyü soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış və ifşa olunmuşdur. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir. Bu gün isə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülmüşdür. Tədbir “Mart soyqırımı” adlı videoçarxın nümayişi ilə davam edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024