Mobil versiya
Tramp Binance-in qurucusu Changpeng Zhaonu əfv edib
Tarix: 23-10-2025 | Saat: 20:52
Bölmə:Özəl | çapa göndər

Tramp Binance-in qurucusu Changpeng Zhaonu əfv edib

ABŞ prezidenti Donald Trampın Binance kriptovalyuta birjasının yaradıcısı Çanqpen Çjaonu əfv etdiyi bildirilir.
Ağ Evin mətbuat katibi Karolin Leavitt verdiyi açıqlamada prezident Trampın keçmiş ABŞ prezidenti Co Bayden administrasiyası tərəfindən mühakimə olunan Zhaonu əfv etmək üçün konstitusiya səlahiyyətindən istifadə etdiyini bildirib.


Leavit izah etdi ki, Bayden administrasiyası kriptovalyuta sənayesini cəzalandırmaq istəyi ilə idarə olunaraq, fırıldaqçılıq ittihamları və ya müəyyən edilə bilən qurbanların olmamasına baxmayaraq Zhaonu təqib etdi.

Leavit qeyd etdi:

"Bayden administrasiyası Zhaonu üç il həbs cəzasına məhkum etməyə cəhd etdi, bu, hökm qaydalarından kənarda qalan bir vəziyyət idi ki, hətta hakim onun 30 illik karyerasında belə bir şey görmədiyini söylədi. Bayden administrasiyasının bu hərəkətləri ABŞ-ın texnologiya və innovasiya sahəsində qlobal lider kimi reputasiyasına ciddi zərbə vurdu. Bayden administrasiyasının kriptovalyutaya qarşı müharibəsi bitdi."

2023-cü ilin noyabrında ABŞ hökuməti dünyanın ən böyük kriptovalyuta birjası olan Binance-nin çirkli pulların yuyulmasına qarşı mübarizə və sanksiyalar qanunlarını pozduğuna görə ümumilikdə 4,3 milyard dollar cərimə ödəyəcəyini açıqladı.

Zhao istefa verməyə və ABŞ hökuməti ilə razılaşma çərçivəsində 50 milyon dollar cərimə ödəməyə razılaşıb.

2024-cü ilin aprelində Seattle Federal Məhkəməsində baxılan cinayət işində prokurorlar çəkindirici vasitə olaraq Zhao üçün üç il həbs cəzası istədi, müdafiəçilər isə beş aylıq nəzarət altında azadlığa buraxılmasını istədi.

Bir vaxtlar kriptovalyuta sənayesinin ən güclü fiquru hesab edilən və “CZ” kimi tanınan Zhao “çirkli pulların yuyulmasına qarşı lazımi müdafiəni təmin etmədiyi” üçün dörd aylıq həbs cəzası alıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2025