Strateji tərəfdaşlıq
Tarix: 23-10-2025 | Saat: 14:42
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana rəsmi dövlət səfəri zamanı keçirilən görüşlər, əldə olunan razılaşmalar və irəli sürülən strateji təşəbbüslər yalnız iki ölkə arasında münasibətlərin daha da dərinləşməsini deyil, həm də bölgədə formalaşan yeni geosiyasi və geoiqtisadi reallıqlar şəraitində Azərbaycanın regional mövqeyinin güclənməsini göstərdi. 2005-ci ildə imzalanmış “Strateji tərəfdaşlıq və ittifaq münasibətləri haqqında” müqavilə isə bu əlaqələrin hüquqi əsaslarının möhkəmlənməsində mühüm mərhələ rolunu oynadı. Həmin dövrdə məqsəd Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq arenada öz mövqeyini möhkəmləndirməsi və türk dünyası ilə əlaqələrin inkişafına nail olmaq idi. Cənab İlham Əliyevin rəhbərliyi illərində Azərbaycan-Qazaxıstan əlaqələri sürətlə inkişaf edərək yeni mərhələyə keçmişdir. Əvvəlki illərdə münasibətlər əsasən diplomatik və ilkin əməkdaşlıq səviyyəsində qurulurdusa, son 20 ildə bu əlaqələr funksional və infrastruktur yönümlü strateji əməkdaşlıq səviyyəsinə yüksəlib.
Bu tendensiya Prezident İlham Əliyevin Qazaxıstana son dövlət səfəri zamanı bir daha təsdiqləndi. Oktyabrın 21-də Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev arasında keçirilən təkbətək görüşdən sonra iki ölkə arasında bir sıra mühüm sənədlər imzalandı. Azərbaycan və Qazaxıstan prezidentlərinin Birgə Bəyanatı qəbul olundu, həmçinin İkinci Ali Dövlətlərarası Şuranın qərarları təsdiqləndi. Görüşlərdə siyasi, iqtisadi, nəqliyyat-logistika, energetika və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşılıqlı iradə nümayiş etdirildi. Qarşıdakı dövrdə ikitərəfli ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması məqsədi müəyyənləşdirildi. “Orta Dəhliz” – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlığın genişləndirilməsi və Qazaxıstanın Aktau, Kurik limanları ilə Azərbaycanın Bakı/Ələt limanları arasında infrastruktur əlaqələrinin gücləndirilməsi nəzərdə tutuldu. Mövcud geosiyasi və geoiqtisadi vəziyyət fonunda Azərbaycan-Qazaxıstan əməkdaşlığının əhəmiyyəti daha da artmışdır. Səfər göstərdi ki, Xəzər hövzəsi, Orta Asiya və Cənubi Qafqaz regionlarında yaranan yeni reallıqlar və nəqliyyat marşrutları kontekstində Bakı və Astana özlərini strateji oyunçular kimi təsdiq edirlər. Başqa sözlə, Azərbaycan-Qazaxıstan tərəfdaşlığı yalnız ikitərəfli əlaqələr üçün deyil, bütövlükdə Avrasiya inteqrasiyası üçün mühüm strateji qovşaq rolunu oynayır. Bu isə Azərbaycanın geoiqtisadi baxımdan mövqelərini daha da möhkəmləndirən amildir.
Regionda baş verən qlobal dəyişikliklər fonunda Azərbaycan-Qazaxıstan münasibətlərinin dərinləşməsi Cənubi Qafqazda yeni əməkdaşlıq modellərinin formalaşmasına təkan verir. Səfər zamanı Prezident İlham Əliyevin Bakı və İrəvan arasında tranzit yollarının açılması ilə bağlı səsləndirdiyi fikirlər, bir tərəfdən, Azərbaycanın bölgədə sülh və əməkdaşlıq prinsipinə sadiqliyini, digər tərəfdən, onun regional inteqrasiyada aparıcı mövqeyini nümayiş etdirdi. Qazaxıstanla strateji yaxınlaşma Azərbaycanın təkcə Qafqaz deyil, həm də Mərkəzi Asiya ölkələri ilə iqtisadi və nəqliyyat əlaqələrini daha da genişləndirir.
Beləliklə, Bakı-Astana əməkdaşlığı türk dünyası çərçivəsində, xüsusilə Türk Dövlətləri Təşkilatı və digər regional platformalarda Azərbaycanın mövqeyini gücləndirir. Bu dinamika Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına və regionun gələcəyində mühüm, həlledici rol oynamasına şərait yaradır.
Zaur Mehdiyev,
YAP Gədəbəy rayon təşkilatının sədr müavini.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-10-2025
14:42 Strateji tərəfdaşlıq