Mobil versiya
Suriyadan gətirilən 6 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib
Tarix: 23-10-2025 | Saat: 17:21
Bölmə:Ölkə | çapa göndər

Suriyadan gətirilən 6 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib

Suriyadan Azərbaycana repatriasiya olunmuş daha 6 nəfər Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilib.

aia.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Repatriasiya olunmuş şəxslərlə hazırda Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində qiymətləndirmə işləri aparılır, onlara ilkin tibbi, sosial-psixoloji dəstək göstərilir.

Növbəti mərhələdə isə repatriasiya olunmuş şəxslərin Agentliyin sosial işçiləri və psixoloqları tərəfindən sosial-psixoloji vəziyyətləri qiymətləndiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2025