Mobil versiya
31 Mart Azərbaycanllıların Soyqırımı Günü YAP Samux Rayon Təşkilatında anıldı - FOTOLAR
Tarix: 31-03-2022 | Saat: 15:08
Bölmə:Seçki 2024 | çapa göndər

31 Mart Azərbaycanllıların Soyqırımı Günü  YAP Samux Rayon Təşkilatında anıldı


31 mart 2022-ci il tarixdə YAP Samux rayon təşkilatının akt zalında Samux rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının birgə təşkilatçılığl ilə azərbaycanlıların soyqırımının 104-cü ildönümü ilə əlaqədar anım tədbiri keciridi. Tədbir “31 Mart soyqırımı 1918” filminin nümayişi ilə başlanıldı. Filmin nümayişindən sonra tədbir iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

aia.az xəbər verir ki, tədbirdə Samux Rayon icra Hakimiyyətinin Başçısı Alı Qocayev çıxış edərək,1918-ci ilin mart ayında erməni daşnaqları, onların havadarlarının iştirakı ilə azərbaycanlılara qarşı həyata keçirilən Soyqırım barədə geniş məlumat verdi. Natiq bildirdi ki, tarixi düşmənlərimiz olan ermənilər 1918-ci ilin martında Bakıda, Gəncədə, Qubada, Şamaxıda, Göyçayda, Mil-Muğan bölgəsində, Dağlıq Qarabağda və digər yerlərdə Azərbaycan xalqına qarşı amansız genosid siyasəti həyata keçiriblər. 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı yerindən-yurdundan didərgin salmışlar. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyətinin tərkibinə daxil olan Göyçə və Zəngəzur o zamankı Sovet Hakimiyyətinin əlilə qondarma Ermənistan dövlətinə qatılmış, Dağlıq Qarabağ ermənilərinə əsassız olaraq muxtariyyat verilmişdir. Natiq daha sonra Soyqırıma hüquqi-siyasi qiymətin ümummilli liderimiz H.Əliyev tərəfindən 26 mart 1998-ci ildə verildiyini qeyd edərək hər il martın 31-də dünya azərbaycanlıları tərəfindən Soyqırım qurbanlarının xatirəsinin yad edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Sonra tədbirdə çıxış edən Samux rayon Sərkar kənd tam orta məktəbinin müəllimi Günel Əhmədova, İnstitut qəsəbə tam orta məktəbinin müəllimi Dilarə Əsgərova və Qarayeri qəsəbə 1 saylı tam orta məktəbin müəllimi Ramilə Həsənova xüsusi vurğuladılar ki, hadisələrin üstündən 80 il keçdikdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlət başçısı kimi 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımlarının ilk dəfə rəsmən adı çəkilmiş, “Böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas yolunun azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş antiazərbaycan qüvvələrin mənfur əməllərinə siyasi qiymət verilmişdir.

Bu gün fəxarətlə deyə bilərik ki, ermənilərin məkrli əməllərinin cavabı layiqincə verildi. Minilliklərə söykənən şanlı tariximizin ən görkəmli sərkərdələrindən biri, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixin gedişini dəyişməyi bacardı, işğal altındakı torpaqlarımızı azad etməklə Azərbaycan xalqını məğlubiyyət girdabından xilas etdi və bununla da Azərbaycan tarixində yeni bir şanlı səhifə açıldı. Cəmi 44 gün ərzində Ermənistanın 30 illik işğalına son qoyuldu, işğalçı məqsədlərlə yaradılmış və bu çirkin missiyanı icra edən bir ordu məhv edildi. Beynəlxalq təşkilatların bərpa edə bilmədiyi beynəlxalq hüququn pozulmuş prinsiplərini Azərbaycan özü, təkbaşına həll etdi, dünyada sülh və təhlükəsizliyi daim təhdid edən separatizmə tutarlı və layiqli cavab verildi


aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024