Mobil versiya
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilib - FOTOLAR
Tarix: 30-03-2022 | Saat: 18:03
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilib

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə uyğun olaraq ərazi partiya təşkilatlarında hesabat – seçki yığıncaqları davam edir.
29 mart 2022-ci il tarixdə YAP Qazax rayon təşkilatının Qazax rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatında, 30 mart 2022-ci il tarixdə isə Qazax Mənzil İstismar Sahəsi ərazi partiya təşkilatlarında hesabat - seçki yığıncaqları keçirilib. Hesabat – seçki yığıncaqlarında pandemiya qaydalarına tam əməl olunub.

aia.az xəbər verir ki, əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin, vətən uğrunda canından keçən şəhidlərimizin və 31 mart – Soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncaqlarda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib.
Çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Adları yuxarıda qeyd olunan ərazi partiya təşkilatlarında təşkilati məsələlərə də baxılıb.

YAP Qazax rayon təşkilatı Qazax rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatında Azad Hümbətov sədr, Amid Mustafayev sədr müavini, Qazax Mənzil İstismar Sahəsi ərazi partiya təşkilatında Samirə Şəkilova sədr, Qurban Kərimov sədr müavini seçiliblər.

Yığıncaqlarda iştirak edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yeni seçilən sədrləri və müavinləri təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzuladı.

A.Nəbiyev qeyd etdi ki, partiyamızın tarixi VII Qurultayında möhtərəm prezidentimiz, partiyamızın sədri İlham Əliyev cənablarının proqram xarakterli nitqi hər birimiz üçün fəaliyyət proqramıdır. Partiya üzvlərinin daha məlumatlı, bilgili, yetkin olmaları, beynəlxalq aləmdə, regionumuzda, respublikamızda baş verən hadisələrdən xəbər tutmaları üçün mütəmadi olaraq sosial şəbəkələri, kütləvi informasiya vasitələrini izləmələrinin vacibliyini də ön plana çəkdi. Rayon təşkilatının sədri partiyanın Nizamnamə və Proqramına edilən dəyişikliklərdən, ölkəmizin və regionun alternativsiz partiyası olan Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi çevik, dinamik islahatlardan, yeni qəbul olunan Əsasnamələrdən ətraflı danışdı. Partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi, üzvlərin dəqiq qeydiyyatının aparılması, nizam – intizamın gücləndirilməsi, üzvlük haqlarının vaxtında və Qaydalara uyğun şəkildə ödənilməsi barədə tapşırıq və tövsiyələrini verdi.

Sonda A.Nəbiyev partiya üzvlərinə müstəqil Azərbaycanımızın xoş – firavan gələcəyi naminə fəaliyyətlərində uğurlar arzuladı.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024