Mobil versiya
ÖLKƏ Azərbaycanda bir neçə böyük "Facebook" səhifələri silinib - Səbəb nədir?
Tarix: 30-03-2022 | Saat: 15:05
Bölmə:Seçki 2024 | çapa göndər

ÖLKƏ Azərbaycanda bir neçə böyük "Facebook" səhifələri silinib -

"Facebook" son bir ayda Azərbaycanın xəbər saytlarının və vətənpərvərlik məzmununda olan səhifələrini bloklayıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən kibertəhlükəsizlik üzrə mütəxəsis Elman Mütəllim bildirib ki, "Facebook" əsasən initihar xəbərlərinə və vətənpərvərlik mövzusu ilə bağlı paylaşım edən səhifələri silib.

O bildirib ki, 2012-ci ildə verilən intihar xəbərinə görə səhifə silinib. Bu da yaxşı hal deyil. Belə hal Türkiyədə də baş vermişdi. Lakin orda məsələ üç gün ərzində öz həllini tapdı və səhifələr bərpa olundu.

"Biz bağlanan səhifələrlə bağlı "Facebook"la əlaqə yartsaq da, heç bir nəticə olmadı. Əsasəndə vətənpərvərlik səhifələrinin silinməsi "Facebook" da işləyən düşmənlərimiz tərəfindən məqsədli şəkildə silinə bilər. "Facebook" etdiyimiz müraciətlərə rəsmi cavab vermir. Buna misal olaraq bir neçə vətənpərvərlik səhifələrimizin eyni gündə bağlanmağını göstərmək olar.

Xəbər saytlarının səhifələrinə silinməzdən əvvəl bir neçə xəbərdarlıq gəlir. Həmin səhifələri əsasən intihar xəbərlərinə görə bloklayıblar. Ümumiyyətlə bu Azərbaycan səhifələrinə qarşı təxribatdır. Əvvəllər "Facebook"un rəsmi dəstək xəttinə (support) müraciət edəndə 10 gün ərzində bloklanan səhifələr bərpa olunurdu. Hazırda isə "Facebook"un rəsmi partnyor şirkətləri vasitəsiyə müraciətlər olunsa da, onlara da cavab verilmir", -deyə ekspert qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024