Mobil versiya
Sarkisyanın 3 generalı qovmasının ƏSL SƏBƏBİ
Tarix: 12-05-2016 | Saat: 17:55
Bölmə:Karusel | çapa göndər

Sarkisyanın 3 generalı qovmasının ƏSL SƏBƏBİ


Ermənistan prezidenti Serj Sarkisyanın aprelin 26-da Müdafiə Nazirliyinin yüksək vəzifəli bir neçə generalını işdən qovmasının bəzi detalları açıqlanıb.

AIA.Az teleqraf.com-a istinadən bildirir ki, Sarkisyanın müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzabekyan, baş qərargahın kəşfiyyat idarəsinin rəisi, general-mayor Arshak Karapetyan, rabitə qoşunlarının - rabitə və avtomatik idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Muradyanın işdən azad etmə səbəbi 5 milyon dram rüşvətlə bağlıdır.

Martın 21-də məlum olub ki, nəzarət idarəsinin ümumnəzarət şöbəsinin müdiri polkovnik Samvel Xaçartyan külli miqdarda rüşvət almaqda günahlandırılaraq həbs olunub. Müdafiə Nazirliyinin maddi-texniki təminat departamentinin baş mütəxəssisi Arsen Qəribcanyan isə külli miqdarda rüşvət alan şəxsi himayə etdiyinə görə həbs edilib. Bu hadisədən 1 ay sonra, aprelin 26-da Serj Sarkisyan müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzabekyanı işdən azad edib. Erməni mediasının yazdığına görə, müavin Qəribcanyan həbs olunduğu halda onun rəisi ancaq işdən azad edilib.

Sual edilib ki, Qəribcanyanın həbs səbəbi nədir?

Müdafiə nazirinin nəzarət idarəsinin ümumnəzarət şöbəsinin müdiri polkovnik Samvel Xaçartyan ifadəsində deyib ki, Qəribcanyanın öz rəhbərinin tapşırığı ilə LTD şirkətlərinin birindən Müdafiə Nazirliyi üçün maya dəyərindən çox baha qiymətə məhsul alıb. İşdən çıxarılan generallardan biri şirkətin işini yoxlamaq haqda qərar verib. Məhsulun baha qiymətə satıldığı barədə məlumat təsdiqləndiyi üçün MOD LLC şirkətinin rəhbərliyinə hədə-qorxu gələrək 5 milyon dram rüşvət tələb edilib.

Martın 15-də Alik Mirzabekyanın müavini olan Qəribcanyan şəxsən özü şirkət rəhbəri Avaqyan ilə görüşüb 5 milyon dramı əldə edib.

Erməni mediasının yazdığına görə, Alik Mirzabekyan işdən qovulmasının əsas səbəbi də bu insident olub. Sərkisyan isə həmin zəncirvari rüşvət iştirakçılarını cəzalandırıb.

Bildilir ki, əsas sifarişçi Alik Mirzabekyan olsa da, özü yalnız vəzifəsini itirib, onun işçiləri, əslində rüşvət əməliyyatının icraçıları olan Xaçartyan və Qəribcanyan həbs olunub.

Vurğulanır ki, Arsen Qəribcanyan rüşvəti elə Müdafiə Nazirliyinin binası yaxınlığında alırmış. Erməni mediasının yazdığına görə, onu himayə edənin dəstəyi güclü olduğundan Qəribcanyan rüşvət alınması faktının müşahidə kameralarına düşməsindən də ehtiyatlanmayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024