Mobil versiya
YAP Samux rayon təşkilatında hesabat-seçki yığıncaqları keçirilir - FOTOLAR
Tarix: 29-03-2022 | Saat: 17:10
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Samux rayon təşkilatında hesabat-seçki yığıncaqları keçirilir

29 Mart 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının Samux rayon Mədəniyyət mərkəzi, Mərkəzi Kitabxana sistemi, Samux şəhər uşaq musiqi məktəbi, Təhsil şöbəsi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.

aia.az xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.

Yığıncaqlarda təşkilati məsələlərə də baxılıb, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib. Maviyə Hüseyinova Samux rayon Mədəniyyət mərkəzi ərazi partiya təşkilatının sədri, Məlahət Məhərrəmova sədr müavini; Telli Nəsibova Mərkəzi Kitabxana sistemi ərazi partiya təşkilatının sədri, Sevda Həsənova sədr müavini; Ülviyyə Nadirova Samux şəhər uşaq musiqi məktəbi ərazi partiya təşkilatının sədri, Gülxar Nəsibova sədr müavini; Nurlana Həsənova Təhsil şöbəsi ərazi partiya təşkilatının sədri, Rəna Əsgərova isə sədr müavini seçiliblər.

YAP Samux rayon təşkilatının əməkdaşları yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək onlara işlərində uğurlar arzulayıb, partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024