Dövlət qulluğu üzrə test imtahanı vermək üçün 1400-dən çox namizəd qeydiyyatdan keçib
Tarix: 29-03-2022 | Saat: 15:50
Bölmə:Təhsil | çapa göndər

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə aprelin 10-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.
DİM-dən AİA.Az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat martın 31-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 15:00-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 1452 (BA - 381, BB - 1071) namizəd qeydiyyatdan keçib.
İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-02-2025