Ana Sayfa > Təhsil > Dövlət qulluğu üzrə test imtahanı vermək üçün 1400-dən çox namizəd qeydiyyatdan keçib
Dövlət qulluğu üzrə test imtahanı vermək üçün 1400-dən çox namizəd qeydiyyatdan keçib29-03-2022, 15:50. Yazar: admen |
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə aprelin 10-da keçiriləcək test imtahanına qeydiyyat davam edir. DİM-dən AİA.Az-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat martın 31-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 15:00-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 1452 (BA - 381, BB - 1071) namizəd qeydiyyatdan keçib. İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq. Geri dön |