Mobil versiya
YAP Qazax rayon təşkilatı tərəfindən dahi şairimiz Səməd Vurğunun doğum günü qeyd olundu - FOTOLAR
Tarix: 21-03-2022 | Saat: 16:25
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Qazax rayon təşkilatı tərəfindən dahi şairimiz  Səməd Vurğunun doğum günü qeyd olundu

AİA.Az xəbər verir ki, 21 mart 2022-ci il tarixdə Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun doğum günü münasibətilə YAP Qazax rayon təşkilatında tədbir keçirilib. Tədbiri giriş sözü ilə rayon təşkilatının sədri Anar Nəbiyev açdı. O, tədbir iştirakçılarını əziz, milli bayramımız olan Novruz bayramı münasibətilə təbrik etdi. Rayon təşkilatının sədri respublikamızın “Qərb Qapısı” adlanan, mənfur qonşularla 168 km sərhədi olan, üç respublikanın qovşağında yerləşən, düşmənlə üz-üzə ayıq-sayıq dayanan qədim Qazax diyarının görkəmli şəxsiyyətləri, qəhrəmanları, şair və yazıçıları haqqında ətraflı məlumat verdi. A.Nəbiyev qeyd etdi ki 44 günlük Şanlı Vətən müharibəsindən sonra qəhrəman xalqımız əziz bayramını artıq ikinci dəfədir ki, işğaldan azad olunmuş doğma Qarabağımızda Qalib Xalq kimi böyük ruh yüksəkliyi ilə keçirir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, Partiyamızın sədri İlham Əliyev cənabları ailə üzvləri ilə birlikdə birinci qələbə baharını qədim mədəniyyət paytaxtımız Şuşada, ikinci qələbə baharını isə Tərtər rayonunun Suqovuşan qəsəbəsində qeyd edərək, bayram tonqalını alovlandırdı. Möhtərəm Prezidentimiz bildirdi ki, “Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq!”.

Əminik ki, növbəti bahar bayramlarımızı da Ulu Öndərimiz, dahi rəhbərimiz Heydər Əliyevin illər öncə böyük uzaqgörənliklə, müdrikliklə vurğuladığı kimi digər işğal olunmuş ərazilərimizdə keçirəcəyik!

Sonda A.Nəbiyev qeyd etdi ki, rayonumuzun sakinləri üçün Bahar bayramı həmişə ikiqat bayram kimi qeyd olunur, çünki mart ayının 21-də “Bahar şairi”adlanan böyük Səməd Vurğun dünyaya gəlmişdir. A.Nəbiyev cəmi 50 il yaşamasına baxmayaraq qısa, lakin mənalı ömür sürmüş, S.Vurğunun həyatından, zəngin ədəbi yaradıcılığından ətraflı məlumat verdi.
Tədbir Qazax şəhərinin mərkəzində, Mütəfəkkirlər parkında davam etdirildi, xalq şairi Səməd Vurğunun heykəli önünə tər qərənfillər düzüldü və parkdakı dahi şəxsiyyətlərin büstləri ziyarət olundu.

Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024