Mobil versiya
Ukraynada öldürülən Rusiya generallarının adları məlum oldu
Tarix: 20-03-2022 | Saat: 13:40
Bölmə:Karusel | çapa göndər

Ukraynada öldürülən Rusiya generallarının adları məlum oldu

Ukrayna Silahlı Qüvvələri ölkə ərazisində öldürülən Rusiya ordusunun generallarının siyahısını dərc edib.

AİA.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığı İdarəsinin Strateji Kommunikasiyalar Departamenti məlumat yayıb.

Qeyd olunub ki, müharibənin üç həftəsi ərzində ukraynalı əsgərlər azı altı general daxil olmaqla Rusiya ordusunun 10-dan çox yüksək səviyyəli zabitini öldürüblər.

Siyahıya əsasən Milli Qvardiyanın 141-ci motoatıcı alayının komandiri general-mayor Maqomed Tuşayev, general-mayor Vitali Gerasimov (Mərkəzi Hərbi Dairənin 41-ci Ordusu Komandanının birinci müavini), general-mayor Andrey Kolesnikov (Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandanı), general-mayor Andrey Suxoveçskiy ( Mərkəzi Hərbi Dairənin 41-ci Ordusu komandanının müavini), general-mayor Oleq Mityaev (150-ci motoatıcı diviziyasının komandiri), general-leytenant Andrey Mordviçev (Cənub Hərbi Dairəsinin 8-ci Qvardiya Birləşmiş Silahlı Qüvvələrinin komandanı) zərərsizləşdirilib.

"Əlbəttə, heç kim Rusiyada federal səviyyədə generalların itkilərindən danışmır. Rusiyada "Ukraynada xüsusi əməliyyat"ın rəsmi rəhbərinin adı hələ açıqlanmayıb", - Ukrayna Silahlı Qüvvələri əlavə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2025