Mobil versiya
"Rusiya oliqarxlarına qarşı sanksiyaları heç vaxt ləğv etməyəcəyik"
Tarix: 19-03-2022 | Saat: 11:06
Bölmə:Karusel / Seçki 2024 | çapa göndər

"Rusiya oliqarxlarına qarşı sanksiyaları heç vaxt ləğv etməyəcəyik"

"Rusiya oliqarxlarına qarşı tətbiq edilən sanksiyalar heç vaxt ləğv edilməyəcək".

AİA.Az "report"-a istinadən bildirir ki, bunu "Times"ə müsahibəsində Böyük Britaniyanın xarici işlər naziri Liz Trass biıldirib.

"Bu, fövqəladə mürəkkəb vəziyyətdir. Həmin oliqarxlar Rusiya Prezidenti Vladimir Putinə indi törətdiyi əməlləri etməyə imkan verdilər. Onların əllləri qana bulaşıb", - Liz Trass vurğulayıb.

Nazir Rusiyanın atdığı addımlara görə, krallığın keçmiş Baş naziri Toni Bleyri ittiham edib:

"Toni Bleyr (Böyük Britanyanın 1997-2007-ci illərdə Baş naziri - "Report") hər dəfə dönüş anında onun yanında oldu. Qərb Vladimir Putinin planlaşdırdıqlarını ciddi qəbul etmədi".

Nazirin sözlərinə görə, rusiyalı iş adamı, "Çelsi" futbol klubunun sahibi Roman Abramoviç Böyük Britaniyaya qayıda bilməz.

Liz Trass bildirib ki, Qərb "soyuq müharibə" zamanından Rusiyaya qarşı sıxışdırıcı tədbirlərin kifayət olmadığından nəticə çıxarmalıdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024