Mobil versiya
Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı. - FOTOLAR
Tarix: 18-03-2022 | Saat: 15:25
Bölmə:Seçki 2024 | çapa göndər

Dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı.

14-18 mart 2022-ci il tarixlərdə Daşkəsən Su-kanal Sahəsi və Daşkəsən Meşə Sahəsi ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi.

AİA.Az xəbər verir ki, yığıncaqlarda Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.

Hər iki ərazi partiya təşkilatında keçən dövrü özündə əks etdirən məruzələr dinlənildi,ərazi partiya təşkilatlarının sədrlərinin keçən dövr ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olundu.

Yığıncaqlarda çıxış edənlər bir-birlərini xalqımızın müqəddəs bayramı olan Novruz Bayramı münasibətilə təbrik etdilər.Eyni zamanda 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyevin öz çıxışında dediyi: “Novruz Bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki,qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur,küsülülər barışır,ziddiyyətlər aradan götürülür.Demək,bu,dostluq,həmrəylik,yüksək mənəviyyat bayramıdır”.Çox qiymətli kəlam da yada salındı.

Ərazi partiya təşkilatlarının yeni sədrləri və sədr müavinləri seçildi.

Hər iki təşkilatda bir qrup gənc Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmaq üçün ərizə ilə müraciət etdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024